QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır - SƏRƏNCAM

© Sputnik / Emin AlisahibXocavənd rayon Tuğ kəndinin məktəbi
Xocavənd rayon Tuğ kəndinin məktəbi - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Abunə olmaq
Qoruğun yaradılması Xocavənd rayonu Tuğ kəndinin tarixi əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin kompleks şəkildə qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədi daşıyır.
BAKI, 16 iyun — Sputnik. "Tuğ" Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir.
Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlər vardır. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala və ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini də artırır.
Qoruğun yaradılması Xocavənd rayonu Tuğ kəndinin tarixi əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin kompleks şəkildə qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədi daşıyır.
Məlumat üçün bildirək ki, Tuğ kəndi Xocəvənd rayonunun mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub qərbində, Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400–1500 m yüksəklikdə yerləşir.
Əhalisi əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olurdu. Tuğ kəndinin məlikyeqanovlar, məlikaslanovlar, cahangirlilər, mehdibəylilər, aslanbəylilər, gülməmədlilər, talıbxanlılar, budaqlılar,səlimbəylilər, cəfərlilər, vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri olub. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarasıTağlar mağarası Tuğ kəndi yaxınlığındadır.
1991-ci il oktyabr ayının 30-dan 31-nə keçən gecə Tuğ kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci il noyabr ayının 9-u Tuğ kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0