https://sputnik.az/20230616/rusiya-azerbaycan-ve-ermenistan--arasinda-dialoq-platformasini-temin-edir---overcuk-455954016.html
Rusiya Azərbaycan və Ermənistan arasında dialoq platformasını təmin edir - Overçuk
Rusiya Azərbaycan və Ermənistan arasında dialoq platformasını təmin edir - Overçuk
Sputnik Azərbaycan
Diplomat bildirib ki, o, azərbaycanlı həmkarı Şahin Mustafayevlə Azərbaycan və Ermənistandan olan həmkarları ilə Moskvada keçirilən görüşdən sonra SPBİF... 16.06.2023, Sputnik Azərbaycan
2023-06-16T10:05+0400
2023-06-16T10:05+0400
2023-06-16T10:05+0400
rusiya
azərbaycan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441452363_0:0:2001:1125_1920x0_80_0_0_2d1e7cd37f3fe42ca4018a3b8eaee0c7.jpg
BAKI, 16 iyun - Sputnik. Moskva Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrini açmaq üçün Bakı və İrəvanla demək olar ki, hər gün əlaqə saxlayır. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk RİA Novosti-yə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPBİF) kuluarlarında bildirib.Onun sözlərinə görə, Azərbaycan və Ermənistandan olan həmkarları ilə Moskvada keçirilən görüşdən sonra həll olunmamış məsələlərlə bağlı Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə SPBİF çərçivəsində müzakirələr aparıb."Əsas iş daim davam edir. Biz Azərbaycan tərəfi və Ermənistan tərəfi ilə demək olar ki, hər gün nəqliyyat əlaqələrinin açılması mövzusunda əlaqə saxlayırıq. Həqiqətən də belədir. Biz daimi ünsiyyətdəyik - telefon zəngləri, fayl mübadiləsi. İş təkcə görüşdən görüşə aparılmır", - deyə o, üçtərəfli işçi qrupun növbəti görüşünün vaxtını şərh edərkən bildirib.Bundan əvvəl, iyunun 2-də Moskva, Bakı və İrəvanın işçi qrupunun görüşünün yekunları üzrə Overçuk Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının bloklanması üzrə dialoqda mühüm irəliləyişin olduğunu qeyd edib. İyunun 14-dən 17-nə qədər Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1a/441452363_37:0:1814:1333_1920x0_80_0_0_c2820527ac51f93c4a08869db65bc61e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, ermənistan
Rusiya Azərbaycan və Ermənistan arasında dialoq platformasını təmin edir - Overçuk
Diplomat bildirib ki, o, azərbaycanlı həmkarı Şahin Mustafayevlə Azərbaycan və Ermənistandan olan həmkarları ilə Moskvada keçirilən görüşdən sonra SPBİF çərçivəsində həll olunmamış məsələləri müzakirə edib.
BAKI, 16 iyun - Sputnik. Moskva Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrini açmaq üçün Bakı və İrəvanla demək olar ki, hər gün əlaqə saxlayır. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk RİA Novosti-yə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPBİF) kuluarlarında bildirib.
“Rusiya danışıqlarda iştirak edir, həll yolları təklif edir, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri arasında ünsiyyəti, dialoq platformasını təmin edir. Mən blokun açılmasının (nqliyyat kommunikasiyalarının - red. ) dəqiq nə vaxt və nə qədər tez və ya gec baş verəcəyi barədə suala heç vaxt cavab vermirəm, tərəflər nə vaxt razılaşacaqsa, o zaman da açılacaq”, - deyə Overçuk bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistandan olan həmkarları ilə Moskvada keçirilən görüşdən sonra həll olunmamış məsələlərlə bağlı Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə SPBİF çərçivəsində müzakirələr aparıb.
"Əsas iş daim davam edir. Biz Azərbaycan tərəfi və Ermənistan tərəfi ilə demək olar ki, hər gün nəqliyyat əlaqələrinin açılması mövzusunda əlaqə saxlayırıq. Həqiqətən də belədir. Biz daimi ünsiyyətdəyik - telefon zəngləri, fayl mübadiləsi. İş təkcə görüşdən görüşə aparılmır", - deyə o, üçtərəfli işçi qrupun növbəti görüşünün vaxtını şərh edərkən bildirib.
Bundan əvvəl, iyunun 2-də Moskva, Bakı və İrəvanın işçi qrupunun görüşünün yekunları üzrə Overçuk Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının bloklanması üzrə dialoqda mühüm irəliləyişin olduğunu qeyd edib. İyunun 14-dən 17-nə qədər Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.