QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin tezliklə görüşəcəyini açıqladı

© Sputnik / Михаил МетцельNikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.06.2023
Abunə olmaq
Baş nazir xüsusilə tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına hazır olduqlarını ifadə etdikdən sonra sərhədin perimetri boyunca vəziyyətin gərginləşməsini qəbuledilməz adlandırıb.
BAKI, 16 iyun — Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirləri tezliklə Vaşinqtonda görüşəcəklər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O, bildirib ki, Vaşinqtonda əvvəlki danışıqlarda əldə edilən irəliləyişlərin bundan sonra da artacağına ümid edir.
Baş nazir xüsusilə tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına hazır olduqlarını ifadə etdikdən sonra sərhədin perimetri boyunca vəziyyətin gərginləşməsini qəbuledilməz adlandırıb.
Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında müzakirələrin əvvəlki raundu iyunun 12-də Vaşinqtonda keçirilməli idi, lakin Bakının xahişi ilə görüş təxirə salınmışdı. Nazirlərin Vaşinqtondakı əvvəlki danışıqları 4 gün (1-4 may) davam edib.
Onlar ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0