Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Qərb Rusiya Federasiyasında gender gündəmini dominant etməyə çalışır

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 14.06.2023
Abunə olmaq
Diplomatın fikrincə, Rusiya hər gün buna qarşı durmalı, "qanunları qoruyaraq, əlavə qanunvericilik və inzibati alətlər tətbiq edərək, təhsil sahəsini qorumalı, ailədə və cəmiyyətdə tərbiyə ilə məşğul olmalıdır.
BAKI, 14 iyun — Sputnik. Qərb Rusiya Federasiyasında gender gündəmini dominant etməyə çalışır və Rusiya cəmiyyəti buna gündəlik olaraq qarşı çıxmalıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində "Rusiyanın gələcəyinin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən sessiyada bildirib.

"Əlbəttə, bizə ağılasığmaz təzyiqlər var. Qərb bu mövzudan geri çəkilməyəcək, onların vəzifəsi bizi eyni gender gündəminə daxil etməkdir, əmin olmaqdır ki, uşaq bağçalarımızda məktəblərdə, universitetlərdə, sosial institutlarda, ümumiyyətlə, təhsil və siyasi sistemlərdə bu mövzu üstünlük təşkil etməyə başlayıb və ya ən azından fəal şəkildə inkişaf etdirilir", - deyə Rusiya XİN rəsmisi bilririb.

Zaxarova qeyd edib ki, söhbət "cinsi oriyentasiyanın dəyişməsindən, hər cür qaranlıqlığın yaranmasından gedir.
"Bununla planet əhalisinin psixoloji və ümumi sağlamlığına zərbə endirilir", - deyə Rusiya XİN rəsmisi bildirib.
Diplomatın fikrincə, Rusiya hər gün buna qarşı durmalı, "qanunları qoruyaraq, əlavə qanunvericilik və inzibati alətlər tətbiq edərək, təhsil sahəsini qorumalı, ailədə və cəmiyyətdə tərbiyə ilə məşğul olmalıdır.

"Hər gün sadəcə buna qarşı durmalıyıq, qadının vəzifəsi, onun funksiyası, rolu çox vacibdir", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi yekunlaşdırıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0