https://sputnik.az/20230614/makronun-brks-e-niye-gelmek-istediyi-aciqlanmalidir---rusiya-xn-455895206.html
Makronun BRİKS-ə niyə gəlmək istədiyi açıqlanmalıdır - Rusiya XİN
Makronun BRİKS-ə niyə gəlmək istədiyi açıqlanmalıdır - Rusiya XİN
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Parisin fəallığını göstərmək üçün əlaqə yaratmaq istəyirlər, yoxsa bu, bir növ Troya atıdır. 14.06.2023, Sputnik Azərbaycan
2023-06-14T11:24+0400
2023-06-14T11:24+0400
2023-06-14T11:24+0400
emmanuel makron
rusiya
mariya zaxarova
brics
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452226530_0:340:3036:2048_1920x0_80_0_0_0915dffc7396e097a9dca80302c07145.jpg
BAKI, 14 iyun — Sputnik. Fransa Prezident Emmanuel Makronun Cənubi Afrikadakı BRİKS sammitinə niyə gəlmək istədiyini açıqlamalıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosunun efirində bildirib. Daha əvvəl "Opinion" öz mənbələrinə istinadən xəbər verib ki, Fransa Prezidenti Emmanuel Makron Cənubi Afrika Respublikasının rəhbəri Siril Ramafosadan avqustda Yohannesburqda keçiriləcək BRİKS sammitində iştirak etmək imkanı yaratmasını istəyib. Belə bir tələb Ramafosanı təəccübləndirib. Cənubi Afrika digər beynəlxalq liderlərin tədbirə qatılmasına icazə verməyə hazır olub-olmadığını açıqlamayıb. Daha sonra CAR rəhbərinin mətbuat katibi RİA Novosti-yə bildirib ki, Makronun BRİKS sammitində iştirak etmək istəyindən xəbəri yoxdur. "Biz onların heç bir şəkildə üzvü olmadığı və heç vaxt nəzakət göstərmədikləri bir təşkilatdan danışırıq. Mən heç bir yaxşı niyyət görmürəm", - Rusiya XİN sözçüsü deyib. BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir. İqtisadi bloka digər ölkələr, o cümlədən Argentina, İran, İndoneziya, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir də qoşulmaq niyyətindədir. Cənubi Afrika bu ilin əvvəlində BRİKS-ə sədrliyi Çindən təhvil alıb. 2023-cü ilin sonuna qədər davam edəcək sədrlik, daha sonra digər ölkəyə ötürüləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452226530_153:0:2884:2048_1920x0_80_0_0_22fa921fd7cfea2a3ef07a9c6d17a918.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
emmanuel makron, mariya zaxarova, brics
emmanuel makron, mariya zaxarova, brics
Makronun BRİKS-ə niyə gəlmək istədiyi açıqlanmalıdır - Rusiya XİN
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Parisin fəallığını göstərmək üçün əlaqə yaratmaq istəyirlər, yoxsa bu, bir növ Troya atıdır.
BAKI, 14 iyun — Sputnik. Fransa Prezident Emmanuel Makronun Cənubi Afrikadakı BRİKS sammitinə niyə gəlmək istədiyini açıqlamalıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sputnik radiosunun efirində bildirib.
Daha əvvəl "Opinion" öz mənbələrinə istinadən xəbər verib ki, Fransa Prezidenti Emmanuel Makron Cənubi Afrika Respublikasının rəhbəri Siril Ramafosadan avqustda Yohannesburqda keçiriləcək BRİKS sammitində iştirak etmək imkanı yaratmasını istəyib. Belə bir tələb Ramafosanı təəccübləndirib. Cənubi Afrika digər beynəlxalq liderlərin tədbirə qatılmasına icazə verməyə hazır olub-olmadığını açıqlamayıb. Daha sonra CAR rəhbərinin mətbuat katibi RİA Novosti-yə bildirib ki, Makronun BRİKS sammitində iştirak etmək istəyindən xəbəri yoxdur.
"Yaxşı olardı ki, niyə istədiklərini desinlər. Bizə məlum deyil ki, Parisin fəallığını göstərmək üçün əlaqə yaratmaq istəyirlər, yoxsa bu, bir növ Troya atıdır. Hesab edirəm ki, ilk növbədə Yelisey sarayı səlahiyyət veriləcək şəxsləri açıqlamalıdır", - deyə Zaxarova bildirib.
"Biz onların heç bir şəkildə üzvü olmadığı və heç vaxt nəzakət göstərmədikləri bir təşkilatdan danışırıq. Mən heç bir yaxşı niyyət görmürəm", - Rusiya XİN sözçüsü deyib.
BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirir. İqtisadi bloka digər ölkələr, o cümlədən Argentina, İran, İndoneziya, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir də qoşulmaq niyyətindədir. Cənubi Afrika bu ilin əvvəlində BRİKS-ə sədrliyi Çindən təhvil alıb. 2023-cü ilin sonuna qədər davam edəcək sədrlik, daha sonra digər ölkəyə ötürüləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.