https://sputnik.az/20230613/telebeler-imtahana-gecikir-pik-vaxtda-eskalatorlarin-hamisi-niye-islemir-455870496.html
Tələbələr imtahana gecikir, pik vaxtda eskalatorların hamısı niyə işləmir?
Tələbələr imtahana gecikir, pik vaxtda eskalatorların hamısı niyə işləmir?
Sputnik Azərbaycan
Metropoliten rəsmisi bildirib ki, hər hansı bir sərnişin daim harasa tələsirsə, harasa gecikirsə, onların narazılığına görə bütün metronun fəaliyyəti haqda... 13.06.2023, Sputnik Azərbaycan
2023-06-13T20:00+0400
2023-06-13T20:00+0400
2023-06-13T20:00+0400
tələbələr
paytaxt xəbərləri
bakı metropoliteni
"bakı metropoliteni" qsc
https://cdnn1.img.sputnik.az/img/41141/22/411412247_0:135:2592:1593_1920x0_80_0_0_46cd1a00fd612c610a18b93b7dfc4e15.jpg
BAKI, 13 iyun — Sputnik. Eskalatorların hamısı işlək vəziyyətdə olur. Onlardan birinin işləməməsinə əsas səbəb odur ki, istənilən fövqəladə vəziyyətdə, operativ surətdə hər hansı qərarın verilməsi zərurəti yaranarsa, həmin eskalatorlar lazım olan istiqamətdə qoşulur. Yəni, burada metro işçisinin nəyəsə qənaət etməsindən söz getmir, əsas məsələ sərnişinlərin təhlükəsizliyidir. Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapaılı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov pik saatlarda metrolardakı eskalatorların hamısının işə salınmamasının səbəbinə aydınlıq gətirərkən deyib. B.Məmmədov bildirib ki, burada məqsəd kiməsə əziyyət vermək deyil: "Hər hansı bir sərnişin daim harasa tələsirsə, harasa gecikirsə, məsələn, yüz sərnişindən beşi harasa tələsirsə, onların narazılığına görə bütün metronun fəaliyyəti haqda "işləmir", "narahat"dır demək düz deyil. Sərnişinlərin təhlükəsizliyi bizim üçün hər şeydən vacibdir. "Gəlin bütün eskalatorları işlədək, nə olar, olar", demək düzgün deyil". Mətbuat katibinini dediyinə görə, istənilən halda eskalatorların fəaliyyəti müntəzəm monitorinqlər nəticəsində tənizmlənir. Qeyd edək ki, hazırda ali məktəblərdə semestr üzrə imtahanlara start verilib. İmtahanlaırn keçirilməsi səhər pik vaxtlarda eskalatorların qarşısında çox sayda tələbənin toplaşmasına səbəb olur. Tələbələr isə deyirlər ki, eskalatorların hamısı işlək vəziyətdə olsa, vəziyyət belə olmaz. "Metronun qrafikə uyğun işləməməsi, eskalatorların hamısının işə salınmaması səbəbindən imtahanlara gecikirik. Heç olmasa, imtahanlar zamanı metroda işi sistemə salsalar, yaxşı olar", - deyə BDU-nin tələbəsi Şəhla Məmmədova bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41141/22/411412247_144:0:2448:1728_1920x0_80_0_0_525fd7cb9c1546200d3bebeda4d224d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tələbələr, bakı metropoliteni, "bakı metropoliteni" qsc
tələbələr, bakı metropoliteni, "bakı metropoliteni" qsc
Tələbələr imtahana gecikir, pik vaxtda eskalatorların hamısı niyə işləmir?
Metropoliten rəsmisi bildirib ki, hər hansı bir sərnişin daim harasa tələsirsə, harasa gecikirsə, onların narazılığına görə bütün metronun fəaliyyəti haqda "işləmir", "narahat"dır demək düz deyil.
BAKI, 13 iyun — Sputnik. Eskalatorların hamısı işlək vəziyyətdə olur. Onlardan birinin işləməməsinə əsas səbəb odur ki, istənilən fövqəladə vəziyyətdə, operativ surətdə hər hansı qərarın verilməsi zərurəti yaranarsa, həmin eskalatorlar lazım olan istiqamətdə qoşulur. Yəni, burada metro işçisinin nəyəsə qənaət etməsindən söz getmir, əsas məsələ sərnişinlərin təhlükəsizliyidir.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapaılı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov pik saatlarda metrolardakı eskalatorların hamısının işə salınmamasının səbəbinə aydınlıq gətirərkən deyib.
B.Məmmədov bildirib ki, burada məqsəd kiməsə əziyyət vermək deyil: "Hər hansı bir sərnişin daim harasa tələsirsə, harasa gecikirsə, məsələn, yüz sərnişindən beşi harasa tələsirsə, onların narazılığına görə bütün metronun fəaliyyəti haqda "işləmir", "narahat"dır demək düz deyil. Sərnişinlərin təhlükəsizliyi bizim üçün hər şeydən vacibdir. "Gəlin bütün eskalatorları işlədək, nə olar, olar", demək düzgün deyil".
Mətbuat katibinini dediyinə görə, istənilən halda eskalatorların fəaliyyəti müntəzəm monitorinqlər nəticəsində tənizmlənir.
Qeyd edək ki, hazırda ali məktəblərdə semestr üzrə imtahanlara start verilib. İmtahanlaırn keçirilməsi səhər pik vaxtlarda eskalatorların qarşısında çox sayda tələbənin toplaşmasına səbəb olur.
Tələbələr isə deyirlər ki, eskalatorların hamısı işlək vəziyətdə olsa, vəziyyət belə olmaz.
"Metronun qrafikə uyğun işləməməsi, eskalatorların hamısının işə salınmaması səbəbindən imtahanlara gecikirik. Heç olmasa, imtahanlar zamanı metroda işi sistemə salsalar, yaxşı olar", - deyə BDU-nin tələbəsi Şəhla Məmmədova bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.