https://sputnik.az/20230613/rusiya-ssr-nin-dagilmasindan-sonra-yaranmis-veziyyetle-barisib---putin-455880134.html
Rusiya SSRİ-nin dağılmasından sonra yaranmış vəziyyətlə barışıb - Putin
Rusiya SSRİ-nin dağılmasından sonra yaranmış vəziyyətlə barışıb - Putin
Sputnik Azərbaycan
Prezident Vladimir Putin ölkənin aparıcı hərbi müxbirləri ilə görüşdə deyib ki, Rusiya Kaxovka SES-də baş verən faciədə qətiyyən maraqlı olmayıb. 13.06.2023, Sputnik Azərbaycan
2023-06-13T18:38+0400
2023-06-13T18:38+0400
2023-06-13T20:54+0400
rusiya
rusiya prezidenti vladimir putin
vladimir putin
ukrayna
minsk
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0d/455883299_0:0:3005:1691_1920x0_80_0_0_9fb573c373e976ec8828e849133627e7.jpg
BAKI, 13 iyun - Sputnik. Rusiya Federasiyası SSRİ-nin dağılmasından sonra bütün qonşuları ilə yaxşı münasibətlər qurmaq niyyətində olub.Bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin aparıcı hərbi müxbirləri ilə görüşündə bildirib.Onun sözlərinə görə, Rusiya SSRİ-nin dağılmasından sonra yaranmış vəziyyətlə barışıb.Putin Qərbin Sovetlər İttifaqının dağılması ilə kifayətlənmədiyini, daha artığını istədiyini söyləyib: Qərb Rusiyanı bölməyə çalışır, çünki o, çox böyükdür".Putin bildirib ki, Rusiya onilliklər boyu Ukraynanı bəsləyib və iqtisadiyyatını dəstəkləyib. Onun sözlərinə görə, Rusiyaya qardaş Ukrayna xalqı ilə normal münasibətlər qurmaq şansı verilməyib.Rusiya prezidenti Ukraynanın cənub-şərqində 2014-cü ildə baş verən hadisələrdən də danışıb. Bildirib ki, Rusiya dövlətinin 2014-cü ildə Donbasda baş verənlərlə heç bir əlaqəsi olmayıb.Putinin onu da qeyd edib ki, Rusiyanı Minsk razılaşmaları ilə sadəcə olaraq aldadıblar: “Onlar bu razılaşmaları yerinə yetirmək fikrində deyildilər”.Rusiya Prezidenti Ukraynada Leninin abidələrinin söküldüyünü, onun əvəzinə Stepan Banderanın abidəsinin qoyulduğuna diqqət çəkib:"Ukraynanın qurucusu olan Leninin abidəsini sökürlər, onun yerinə faşist Banderanın abidəsi qoyulur. Yəhudi kökləri olan Ukrayna dövlət başçısının faşist Bandera adının dirçəldilməsinə necə dəstək olduğunu başa düşə bilmirəm".Rusiya Kaxovka SES-də baş verən faciədə qətiyyən maraqlı olmayıbPutinin Rusiya Federasiyasının Kaxovka SES-də baş verən faciədə qətiyyən maraqlı olmadığını da bildirib. Onun sözlərinə görə, Kaxovka SES-də baş verən faciə Rusiyanın yeni regionları üçün ağır nəticələrə səbəb olub."Təəssüf ki, bu, (Kaxovka SES-dəki faciə) əks-hücum əməliyyatını pozdu, onlar hücum etsələr daha yaxşı olardı", - deyə Putin qeyd edib.Hərbi müxbirlərlə görüşRusiya Prezidenti Vladimir Putin ölkənin aparıcı hərbi müxbirləri ilə görüşüb.Putinin hərbi müxbirlərlə görüş keçirməsi barədə ilk olaraq Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.Daha sonra isə “Rossiya” telekanalının “Moskva.Kreml.Putin” verilişinin aparıcısı Pavel Zarubin həmin görüşdən öz teleqram kanalında görüntü yayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0d/455883299_184:0:2915:2048_1920x0_80_0_0_1ab1cc34eb73b71d2670c82e60354384.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, vladimir putin, ukrayna, minsk
rusiya prezidenti vladimir putin, vladimir putin, ukrayna, minsk
Rusiya SSRİ-nin dağılmasından sonra yaranmış vəziyyətlə barışıb - Putin
18:38 13.06.2023 (Yenilənib: 20:54 13.06.2023) Prezident Vladimir Putin ölkənin aparıcı hərbi müxbirləri ilə görüşdə deyib ki, Rusiya Kaxovka SES-də baş verən faciədə qətiyyən maraqlı olmayıb.
BAKI, 13 iyun - Sputnik. Rusiya Federasiyası SSRİ-nin dağılmasından sonra bütün qonşuları ilə yaxşı münasibətlər qurmaq niyyətində olub.
Bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin aparıcı hərbi müxbirləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Rusiya SSRİ-nin dağılmasından sonra yaranmış vəziyyətlə barışıb.
Putin Qərbin Sovetlər İttifaqının dağılması ilə kifayətlənmədiyini, daha artığını istədiyini söyləyib: Qərb Rusiyanı bölməyə çalışır, çünki o, çox böyükdür".
Putin bildirib ki, Rusiya onilliklər boyu Ukraynanı bəsləyib və iqtisadiyyatını dəstəkləyib. Onun sözlərinə görə, Rusiyaya qardaş Ukrayna xalqı ilə normal münasibətlər qurmaq şansı verilməyib.
Rusiya prezidenti Ukraynanın cənub-şərqində 2014-cü ildə baş verən hadisələrdən də danışıb. Bildirib ki, Rusiya dövlətinin 2014-cü ildə Donbasda baş verənlərlə heç bir əlaqəsi olmayıb.
Putinin onu da qeyd edib ki, Rusiyanı Minsk razılaşmaları ilə sadəcə olaraq aldadıblar: “Onlar bu razılaşmaları yerinə yetirmək fikrində deyildilər”.
Rusiya Prezidenti Ukraynada Leninin abidələrinin söküldüyünü, onun əvəzinə Stepan Banderanın abidəsinin qoyulduğuna diqqət çəkib:
"Ukraynanın qurucusu olan Leninin abidəsini sökürlər, onun yerinə faşist Banderanın abidəsi qoyulur. Yəhudi kökləri olan Ukrayna dövlət başçısının faşist Bandera adının dirçəldilməsinə necə dəstək olduğunu başa düşə bilmirəm".
Rusiya Kaxovka SES-də baş verən faciədə qətiyyən maraqlı olmayıb
Putinin Rusiya Federasiyasının Kaxovka SES-də baş verən faciədə qətiyyən maraqlı olmadığını da bildirib.
Onun sözlərinə görə, Kaxovka SES-də baş verən faciə Rusiyanın yeni regionları üçün ağır nəticələrə səbəb olub.
"Təəssüf ki, bu, (Kaxovka SES-dəki faciə) əks-hücum əməliyyatını pozdu, onlar hücum etsələr daha yaxşı olardı", - deyə Putin qeyd edib.
Rusiya Prezidenti Vladimir Putin ölkənin aparıcı hərbi müxbirləri ilə görüşüb.
Putinin hərbi müxbirlərlə görüş keçirməsi barədə ilk olaraq Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Daha sonra isə “Rossiya” telekanalının “Moskva.Kreml.Putin” verilişinin aparıcısı Pavel Zarubin həmin görüşdən öz teleqram kanalında görüntü yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.