https://sputnik.az/20230613/moskvada-yerli-azerbaycanlilara-mexsus-en-boyuk-bazarda-yangin-bas-verib-455864232.html
Moskvada yerli azərbaycanlılara məxsus ən böyük bazarda yanğın baş verib
Moskvada yerli azərbaycanlılara məxsus ən böyük bazarda yanğın baş verib
Sputnik Azərbaycan
"Sadovod" bazarında sonuncu böyük yanğınlar 2022-ci ildə, iki dəfə isə 2018-ci ildə baş verib. 13.06.2023, Sputnik Azərbaycan
2023-06-13T15:50+0400
2023-06-13T15:50+0400
2023-06-13T15:50+0400
polis
rusiya
fövqəladə hallar nazirliyi
moskva
bazar
https://cdnn1.img.sputnik.az/img/41195/98/411959887_0:160:3076:1890_1920x0_80_0_0_711023cc465b4e38894db57572528bec.jpg
BAKI, 13 iyun — Sputnik. Moskvanın cənub-şərqindəki "Sadovod" bazarında baş verən yanğın artıq söndürülüb. Bu barədə Rusiya FHN-dən bildiriblər. Qeyd olunub ki, xilasedicilər "Sadovod" bazarında 30 kvadratmetrlik ərazidə baş verən yanğını lokallaşdırıblar. "Saat 12:18-də yanğın tam söndürülüb", - nazirlikdən bildirilib. Yanğın zamanı bir nəfər xəsarət alıb, o, dəm qazından zəhərlənib. Ona ambulator tibbi yardım göstərilib. Bazarın mətbuat xidmətindən verilən məlumata görə, bazar əvvəlki kimi fəaliyyətini davam etdirir. *** Moskvanın cənub-şərqindəki "Sadovod" bazarında yanğın baş verib, xilasedicilər hadisə yerində işləyirlər. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bildirib. Rusiya Fövqəladə Hallar Nazirliyinin paytaxt Baş İdarəsinin mətbuat xidməti qeyd edib ki, Moskvanın cənub-şərqində, Moskva Dairəvi yolunun 14-cü kilometrliyində yanğın baş verməsi barədə məlumat daxil olub. "Yanğınsöndürmə və xilasetmə bölmələri hadisə yerində işləyirlər. Zərərçəkənlər barədə məlumat yoxdur", - deyə Nazirlikdən bildiriblər. Şəhərin Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, yanğın "Sadovod" bazarında baş verib. Həmçinin qeyd olunur ki, yanğın artıq 3 pavilyonu bürüyüb. "Sadovod" bazarı Moskvanın cənubundakı Moskva Dairəvi Yolunda 40 hektar ərazidə yerləşir və 8 min mağazanı əhatə edir. Hər il "Sadovod"u 36,5 milyon alıcı ziyarət edir. Bazar Azərbaycan əsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevin "Kiyev meydanı" şirkətinə məxsusdur. "Sadovod" bazarında sonuncu böyük yanğınlar 2022-ci ildə, iki dəfə isə 2018-ci ildə baş verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41195/98/411959887_173:0:2904:2048_1920x0_80_0_0_01afdece352e1998f6f1562be0dfbb37.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
polis, fövqəladə hallar nazirliyi, moskva, bazar
polis, fövqəladə hallar nazirliyi, moskva, bazar
Moskvada yerli azərbaycanlılara məxsus ən böyük bazarda yanğın baş verib
"Sadovod" bazarında sonuncu böyük yanğınlar 2022-ci ildə, iki dəfə isə 2018-ci ildə baş verib.
BAKI, 13 iyun — Sputnik. Moskvanın cənub-şərqindəki "Sadovod" bazarında baş verən yanğın artıq söndürülüb.
Bu barədə Rusiya FHN-dən bildiriblər. Qeyd olunub ki, xilasedicilər "Sadovod" bazarında 30 kvadratmetrlik ərazidə baş verən yanğını lokallaşdırıblar.
"Saat 12:18-də yanğın tam söndürülüb", - nazirlikdən bildirilib.
Yanğın zamanı bir nəfər xəsarət alıb, o, dəm qazından zəhərlənib. Ona ambulator tibbi yardım göstərilib.
Bazarın mətbuat xidmətindən verilən məlumata görə, bazar əvvəlki kimi fəaliyyətini davam etdirir.
Moskvanın cənub-şərqindəki "Sadovod" bazarında yanğın baş verib, xilasedicilər hadisə yerində işləyirlər.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bildirib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin paytaxt Baş İdarəsinin mətbuat xidməti qeyd edib ki, Moskvanın cənub-şərqində, Moskva Dairəvi yolunun 14-cü kilometrliyində yanğın baş verməsi barədə məlumat daxil olub.
"Yanğınsöndürmə və xilasetmə bölmələri hadisə yerində işləyirlər. Zərərçəkənlər barədə məlumat yoxdur", - deyə Nazirlikdən bildiriblər.
Şəhərin Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, yanğın "Sadovod" bazarında baş verib.
Həmçinin qeyd olunur ki, yanğın artıq 3 pavilyonu bürüyüb.
"Sadovod" bazarı Moskvanın cənubundakı Moskva Dairəvi Yolunda 40 hektar ərazidə yerləşir və 8 min mağazanı əhatə edir. Hər il "Sadovod"u 36,5 milyon alıcı ziyarət edir. Bazar Azərbaycan əsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevin "Kiyev meydanı" şirkətinə məxsusdur.
"Sadovod" bazarında sonuncu böyük yanğınlar 2022-ci ildə, iki dəfə isə 2018-ci ildə baş verib.