https://sputnik.az/20230613/dyp-son-zengle-bagli-mekteblerin-etrafinda-guclendirilmis-qaydada-xidmet-edecek-455864427.html
DYP "Son zəng"lə bağlı məktəblərin ətrafında gücləndirilmiş qaydada xidmət edəcək
DYP "Son zəng"lə bağlı məktəblərin ətrafında gücləndirilmiş qaydada xidmət edəcək
Sputnik Azərbaycan
İdarənin baş inspektoru bildirib ki, "Son zəng" tədbirləri ilə əlaqədar olaraq bütün təhsil müəssisələrinin ətrafında Bakı şəhər Baş Polis İdarəsi tərəfindən... 13.06.2023, Sputnik Azərbaycan
2023-06-13T16:35+0400
2023-06-13T16:35+0400
2023-06-13T16:35+0400
dyp
paytaxt xəbərləri
son zəng
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427928929_0:0:3072:1728_1920x0_80_0_0_fb30fdddb767c1d9fc3597c931678eb3.jpg
BAKI, 13 iyun — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi orta məktəblərdə keçiriləcək "Son zəng" tədbirləri ilə bağlı valideynlərə xəbərdarlıq edib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hər il olduğu kimi, bu il də Təhsil Nazirliyi tərəfindən məzunların hansı qaydada "Son zəng" tədbiri keçirməsi ilə bağlı ictimaiyyətə məlumat verilib: "Yol polisi olaraq qeyd etmək istəyirik ki, ötən illərdə də müxtəlif formalarda xoşagəlməz hadisələr baş verib. Belə ki, həmin gün valideynlər övladlarına avtomobillərini həvalə edirlər, bu da sonda bədbəxt hadisənin yaranmasına səbəb olur. Bir daha valideynlərə xəbərdarlıq edirik ki, avtomobilləri idarəetmə hüququ olmayan şəxslərə verməsinlər. Bu, həm inzibati xətadır, həm də ictimai asayiş pozulur. İdarənin baş inspektoru bildirib ki, "Son zəng" tədbirləri ilə əlaqədar olaraq bütün təhsil müəssisələrinin ətrafında Bakı şəhər Baş Polis İdarəsi tərəfindən gücləndirilmiş qaydada xidməti fəaliyyət davam etdiriləcək: "Bir daha valideynlərdən və məzunlardan xahiş edirik ki, bu cür qanunsuz əməllərə yol verməsinlər. Əziz məzunlar, "Son zəng"i sonuncu gün kimi qeyd etməyin".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427928929_341:0:3072:2048_1920x0_80_0_0_9d1e7ba34f7437fa6a8af1a98dc41dd5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dyp, son zəng
DYP "Son zəng"lə bağlı məktəblərin ətrafında gücləndirilmiş qaydada xidmət edəcək
İdarənin baş inspektoru bildirib ki, "Son zəng" tədbirləri ilə əlaqədar olaraq bütün təhsil müəssisələrinin ətrafında Bakı şəhər Baş Polis İdarəsi tərəfindən gücləndirilmiş qaydada xidməti fəaliyyət davam etdiriləcək.
BAKI, 13 iyun — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi orta məktəblərdə keçiriləcək "Son zəng" tədbirləri ilə bağlı valideynlərə xəbərdarlıq edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hər il olduğu kimi, bu il də Təhsil Nazirliyi tərəfindən məzunların hansı qaydada "Son zəng" tədbiri keçirməsi ilə bağlı ictimaiyyətə məlumat verilib: "Yol polisi olaraq qeyd etmək istəyirik ki, ötən illərdə də müxtəlif formalarda xoşagəlməz hadisələr baş verib. Belə ki, həmin gün valideynlər övladlarına avtomobillərini həvalə edirlər, bu da sonda bədbəxt hadisənin yaranmasına səbəb olur. Bir daha valideynlərə xəbərdarlıq edirik ki, avtomobilləri idarəetmə hüququ olmayan şəxslərə verməsinlər. Bu, həm inzibati xətadır, həm də ictimai asayiş pozulur.
İdarənin baş inspektoru bildirib ki, "Son zəng" tədbirləri ilə əlaqədar olaraq bütün təhsil müəssisələrinin ətrafında Bakı şəhər Baş Polis İdarəsi tərəfindən gücləndirilmiş qaydada xidməti fəaliyyət davam etdiriləcək: "Bir daha valideynlərdən və məzunlardan xahiş edirik ki, bu cür qanunsuz əməllərə yol verməsinlər. Əziz məzunlar, "Son zəng"i sonuncu gün kimi qeyd etməyin".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.