https://sputnik.az/20230613/abs-simal-axini-partlayislarina-izahat-vermelidir---cin-xn-455857035.html
ABŞ "Şimal axını" partlayışlarına izahat verməlidir - Çin XİN
ABŞ "Şimal axını" partlayışlarına izahat verməlidir - Çin XİN
Sputnik Azərbaycan
Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, "Şimal axını"ndakı partlayışlardan 8 aydan çox vaxt keçib, lakin istintaq çox ləng gedir. 13.06.2023, Sputnik Azərbaycan
2023-06-13T22:38+0400
2023-06-13T22:38+0400
2023-06-13T22:38+0400
"şimal axını-2"
rusiya
abş
çin
https://cdnn1.img.sputnik.az/img/07e5/06/05/427133774_0:0:3073:1728_1920x0_80_0_0_c0a4f8b2415e29c102a7730ffec7979e.jpg
BAKI, 13 iyun — Sputnik. Çin Xarici İşlər Nazirliyi ABŞ-ın "Şimal axını" partlayışlarının araşdırılması ilə bağlı hərəkətsizliyindən təəccübləndiyini bildirib. ""Şimal axını"ndakı partlayışlardan 8 aydan çox vaxt keçib, lakin istintaq çox ləng gedir. Xüsusilə təəccüblüdür ki, hər zaman qaynar mövzulardan istifadə etməyi bacaran və belə desək, rol oynamağa çalışan ABŞ bu hadisəyə heç reaksiya vermir", - Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin brifinqdə deyib. Onun sözlərinə görə, "Şimal axını" məsələsində ABŞ-ın hərəkətsizliyi ciddi çaşqınlıq yaradır. "ABŞ-ın susmasının səbəbi nədir? "Şimal axını" hadisəsi ABŞ üçün hansı inanılmaz sirləri saxlayır? Düşünürəm ki, ABŞ bu məsələlərlə bağlı beynəlxalq ictimaiyyətə izahat verməlidir", - Van Venbin deyib. Xatırladaq ki, terror aktı ötən il sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəməri - "Şimal axını" və "Şimal axını 2"də baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/05/427133774_0:0:2731:2048_1920x0_80_0_0_90e894449696e99fd386cfa23e9aaa91.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
"şimal axını-2", abş, çin
"şimal axını-2", abş, çin
ABŞ "Şimal axını" partlayışlarına izahat verməlidir - Çin XİN
Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, "Şimal axını"ndakı partlayışlardan 8 aydan çox vaxt keçib, lakin istintaq çox ləng gedir.
BAKI, 13 iyun — Sputnik. Çin Xarici İşlər Nazirliyi ABŞ-ın "Şimal axını" partlayışlarının araşdırılması ilə bağlı hərəkətsizliyindən təəccübləndiyini bildirib.
""Şimal axını"ndakı partlayışlardan 8 aydan çox vaxt keçib, lakin istintaq çox ləng gedir. Xüsusilə təəccüblüdür ki, hər zaman qaynar mövzulardan istifadə etməyi bacaran və belə desək, rol oynamağa çalışan ABŞ bu hadisəyə heç reaksiya vermir", - Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin brifinqdə deyib.
Onun sözlərinə görə, "Şimal axını" məsələsində ABŞ-ın hərəkətsizliyi ciddi çaşqınlıq yaradır.
"ABŞ-ın susmasının səbəbi nədir? "Şimal axını" hadisəsi ABŞ üçün hansı inanılmaz sirləri saxlayır? Düşünürəm ki, ABŞ bu məsələlərlə bağlı beynəlxalq ictimaiyyətə izahat verməlidir", - Van Venbin deyib.
Xatırladaq ki, terror aktı ötən il sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəməri - "Şimal axını" və "Şimal axını 2"də baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.