Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rusiya Günü çoxmillətli xalqın birliyini təsdiq edib

© Sputnik / Григорий СысоевRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 12.06.2023
Abunə olmaq
Rusiya lideri əcdadların irsini müqəddəs adlandırıb.
BAKI, 12 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin iyunun 12-də vətəndaşları Rusiya Günü münasibətilə təbrik edərək, bu bayramın çoxmillətli xalqın birliyini təsdiq etdiyini, onların əcdadlarının irsini müqəddəs adlandırdığını, həmçinin onların adət-ənənələrinə sadiqliyini təmin etdiyini bildirib.
Bu barədə Rusiya mediası prezidentin dövlət mükafatlarının təqdim edilməsi və Əmək Qəhrəmanlarının mükafatlandırılması mərasimində çıxışı zamanı söylədiklərinə istinadən xəbər verib.
"Vətənpərvərlik, Vətənin taleyi üçün məsuliyyət həqiqətən möhtəşəm əmək və hərbi qələbələr qazanmış əcdadlarımız tərəfindən bizə vəsiyyət olunub", - deyə dövlət başçısı bildirib.
Putinin sözlərinə görə, bu gün Rusiya vətəndaşları "xüsusilə öz nailiyyətlərinin, dəyişməz həmrəyliyin, öz doğma torpaqlarının müdafiəsi üçün ayağa qalxmağın, Vətənin ümumi rifahı və firavanlığı naminə çalışmaq əzmlərinin nə demək olduğunu kəskin dərk edirlər".
Xəbər lenti
0