Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycan-Türkiyə münasibətlərinin iqtisadiyyatı

© Sputnik / Murad OrujovAzərbaycan və Türkiyə bayraqları
Azərbaycan və Türkiyə bayraqları - Sputnik Azərbaycan, 1920, 12.06.2023
Abunə olmaq
UNEC-in "Beynəlxalq iqtisadiyyat" kafedrasının dosenti Emin Qəribli Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında olacaq.
Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti seçildikdən sonra ənənəyə görə, iyunun 12-də Şimali Kipr Türk Respublikasına (ŞKTR), iyunun 13-də isə Azərbaycana ilk səfərini edəcək. Azərbaycana səfər çərçivəsində keçirilən görüşlər zamanı qarşıdakı dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, habelə regionda və dünyada vəziyyətlə bağlı müzakirələrin aparılması planlaşdırılır.
Digər mövzularla yanaşı, iki ölkə arasında ticari-iqtisadi əlaqələrin perspektivləri də müzakirə olunacaq.
İkitərəfli iqtisadi münasibətlərin qarşıdakı dövrdə necə inkişaf edə biləcəyi, hansı perspektivli layihələrin, o cümlədən çoxtərəfli əməkdaşlığı nəzərdə tutan layihələrin həyata keçirilməsi barədə iyunun 13-də, saat 15:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında iqtisad elmləri namizədi, UNEC-in "Beynəlxalq iqtisadiyyat" kafedrasının dosenti Emin Qəribli danışacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0