https://sputnik.az/20230611/matviyenko-rusiya-oz-tehlukesizliyini-ve-maraqlarini-temin-etmek-ucun-her-seyi-edib-455819766.html
Matviyenko: Rusiya öz təhlükəsizliyini və maraqlarını təmin etmək üçün hər şeyi edib
Matviyenko: Rusiya öz təhlükəsizliyini və maraqlarını təmin etmək üçün hər şeyi edib
Sputnik Azərbaycan
Öz dünya hegemonluğunu saxlamaq üçün hər şeyi edən ABŞ-ın siyasətinin ardınca Qərb Rusiya ilə kəskin qarşıdurma yolunu tutdu. 11.06.2023, Sputnik Azərbaycan
2023-06-11T22:28+0400
2023-06-11T22:28+0400
2023-06-12T10:25+0400
rusiya
valentina matviyenko
qərb
qərb
xüsusi hərbi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/06/447141278_0:0:3110:1750_1920x0_80_0_0_fa18d274a631aa815bc9171485937bb0.jpg
BAKI, 11 iyun - Sputnik. Rusiya öz təhlükəsizliyini və qanuni milli maraqlarını yalnız sülh yolu ilə təmin etmək üçün hər şeyi və daha çoxunu edib. Bunu Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.“Geriyə baxanda təkrar-təkrar eyni nəticəyə gəlirəm: biz təhlükəsizliyimizi, qanuni milli maraqlarımızı yalnız dinc, ilk növbədə diplomatik yolla təmin etmək üçün hər şeyi etmişik”, - deyə o, Federasiya Şurasının saytındakı öz bloqunda yazıb.Eyni zamanda, Matviyenko qeyd edib ki, Rusiya özünü “hamıya həddindən artıq inanmaqda” və “qədərindən az sərtliklə” qınaya bilər – Qərb ölkələri bunu “zəiflik əlaməti” kimi qəbul ediblər."Lakin Qərb öz dünya hegemonluğunu saxlamaq üçün hər şeyi edən ABŞ-ın siyasətinin ardınca Rusiya ilə kəskin qarşıdurma yolunu tutdu. Əminəm ki, bu cəhdlər uğursuzluğa məhkumdur. Həm də ona görə ki, bu, zəmanəmizin obyektiv məntiqi ilə ziddiyyət təşkil edir. Və ona görə ki, Qərb özünü, imkanlarını düzgün qiymətləndirmək qabiliyyətini açıq-aşkar itirib”, - deyə o, vurğulayıb.O, həmçinin bildirib ki, “liberal ideologiyanın dərin böhranı göz qarşısındadır”. "Qərbin demokratiya, insan haqları, şəxsi mülkiyyətin toxunulmazlığı dəyərlərinə sadiqliyi ilə bağlı bəyanatlarının saxtalığı az qala “gözə girir”. Bu, təəccüblü deyil, çünki Qərb hazırda həm öz ölkələrində, həm də bütövlükdə dünyada bu prinsipləri pozmaqda birinci yerdədir. Bura elə həmin dövlətlərdə tam sürətlə davam edən mənəvi böhranı da əlavə etmək yerinə düşər”, - deyə parlamentin yuxarı palatasının sədri izah edib.Matviyenkonun fikrincə, Rusiya Qərblə bağlı illüziyalardan qurtulmalıdır. Rusiya bu ölkələri heç vaxt düşmən hesab etməyib, lakin onlar Rusiyanı “Avropa sivilizasiyasına yad bir şey” hesab ediblər. "Bu gün, XHƏ-nin başlamasından 15 ay sonra bu, tamamilə göz qabağındadır: ölkəmizi əzmək, diz çökdürmək şansı sıfıra bərabərdir. Rusiyanın Ukrayna münaqişəsində qələbəsi qaçılmazdır", - deyə siyasətçi sözünü yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/06/447141278_379:0:3110:2048_1920x0_80_0_0_bebc47add17e393801b6599afa598d80.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
valentina matviyenko, qərb, qərb, xüsusi hərbi əməliyyat
valentina matviyenko, qərb, qərb, xüsusi hərbi əməliyyat
Matviyenko: Rusiya öz təhlükəsizliyini və maraqlarını təmin etmək üçün hər şeyi edib
22:28 11.06.2023 (Yenilənib: 10:25 12.06.2023) Öz dünya hegemonluğunu saxlamaq üçün hər şeyi edən ABŞ-ın siyasətinin ardınca Qərb Rusiya ilə kəskin qarşıdurma yolunu tutdu.
BAKI, 11 iyun - Sputnik. Rusiya öz təhlükəsizliyini və qanuni milli maraqlarını yalnız sülh yolu ilə təmin etmək üçün hər şeyi və daha çoxunu edib. Bunu Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
“Geriyə baxanda təkrar-təkrar eyni nəticəyə gəlirəm: biz təhlükəsizliyimizi, qanuni milli maraqlarımızı yalnız dinc, ilk növbədə diplomatik yolla təmin etmək üçün hər şeyi etmişik”, - deyə o, Federasiya Şurasının saytındakı öz bloqunda yazıb.
Eyni zamanda, Matviyenko qeyd edib ki, Rusiya özünü “hamıya həddindən artıq inanmaqda” və “qədərindən az sərtliklə” qınaya bilər – Qərb ölkələri bunu “zəiflik əlaməti” kimi qəbul ediblər.
"Lakin Qərb öz dünya hegemonluğunu saxlamaq üçün hər şeyi edən ABŞ-ın siyasətinin ardınca Rusiya ilə kəskin qarşıdurma yolunu tutdu. Əminəm ki, bu cəhdlər uğursuzluğa məhkumdur. Həm də ona görə ki, bu, zəmanəmizin obyektiv məntiqi ilə ziddiyyət təşkil edir. Və ona görə ki, Qərb özünü, imkanlarını düzgün qiymətləndirmək qabiliyyətini açıq-aşkar itirib”, - deyə o, vurğulayıb.
O, həmçinin bildirib ki, “liberal ideologiyanın dərin böhranı göz qarşısındadır”. "Qərbin demokratiya, insan haqları, şəxsi mülkiyyətin toxunulmazlığı dəyərlərinə sadiqliyi ilə bağlı bəyanatlarının saxtalığı az qala “gözə girir”. Bu, təəccüblü deyil, çünki Qərb hazırda həm öz ölkələrində, həm də bütövlükdə dünyada bu prinsipləri pozmaqda birinci yerdədir. Bura elə həmin dövlətlərdə tam sürətlə davam edən mənəvi böhranı da əlavə etmək yerinə düşər”, - deyə parlamentin yuxarı palatasının sədri izah edib.
Matviyenkonun fikrincə, Rusiya Qərblə bağlı illüziyalardan qurtulmalıdır. Rusiya bu ölkələri heç vaxt düşmən hesab etməyib, lakin onlar Rusiyanı “Avropa sivilizasiyasına yad bir şey” hesab ediblər. "Bu gün, XHƏ-nin başlamasından 15 ay sonra bu, tamamilə göz qabağındadır: ölkəmizi əzmək, diz çökdürmək şansı sıfıra bərabərdir. Rusiyanın Ukrayna münaqişəsində qələbəsi qaçılmazdır", - deyə siyasətçi sözünü yekunlaşdırıb.