Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda iməcilik: 545 küçə yuyulub

© Photo : Baku City Executive PowerBakıda iməcilik
Bakıda iməcilik - Sputnik Azərbaycan, 1920, 10.06.2023
Abunə olmaq
Yay mövsümünün başlanması və çoxsaylı qonaqların, xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar Bakıda ümumşəhər daxili iməciliyi keçirilib.
BAKI, 10 iyun - Sputnik. Bu gün Bakının 545 küçəsi yuyulub.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətinin yaydığı məlumata görə, yay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların, xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar BŞİH-nin qərarına uyğun olaraq bu gün paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər daxili iməciliyi keçirilib.
Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 545 əsas küçə və prospektlərin təbiətə ziyanı olmayan vasitələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Daxili iməcilikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0