https://sputnik.az/20230610/avropa-hucum-zamani-kiyevin-xeyli-texnika-itirdiyini-etiraf-edib-455777884.html
Avropa hücum zamanı Kiyevin xeyli texnika itirdiyini etiraf edib
Avropa hücum zamanı Kiyevin xeyli texnika itirdiyini etiraf edib
Sputnik Azərbaycan
Ukrayna briqadası Zaporojye istiqamətində bütün ərazilərdə dayandırılıb. 10.06.2023, Sputnik Azərbaycan
2023-06-10T08:02+0400
2023-06-10T08:02+0400
2023-06-10T08:02+0400
tank
rusiya
ukrayna
sergey şoyqu
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1a/454156797_0:256:2730:1792_1920x0_80_0_0_beb64ccf34bcb0ec27bbf492e25304b6.jpg
BAKI, 10 iyun — Sputnik. Ukrayna hücum zamanı xeyli texnika itirir. "Bloomberg" avropalı rəsmiyə istinadən bu barədə xəbər verib. "Ukrayna qüvvələri bu həftə cənubda müəyyən irəliləyiş əldə ediblər, lakin texnikada əhəmiyyətli itkilər olub", - agentliyin açıqlamasında belə deyilir. Rəsmi nümayəndənin sözlərinə görə, Ukrayna qoşunlarının hərəkətlərinin əsas zərbənin ərəfəsi olub-olmadığı və ya onların Rusiya Federasiyasının müdafiəsində zəif yerlərin aşkarlanmasına yönəldiyi hələ də bəlli deyil. Cümə axşamı Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, saat 1.30-da 1500 nəfərdən ibarət Ukrayna qoşunları və 150 zirehli texnika Zaporojye istiqamətində Rusiya Silahlı Qüvvələrinin müdafiəsini yarmağa cəhd edib, lakin iki saat ərzində ukraynalılar 350-yə qədər şəxsi heyəti və 30 tankını itiriblər. Nazir vurğulayıb ki, Ukrayna briqadası Zaporojye istiqamətində bütün ərazilərdə dayandırılıb. Ukraynanın əks-hücumunun vaxtı dəfələrlə dəyişdirilib və dəyişdirilməkdə davam edir. Rusiya Federasiyasında bu "əsəbilik", birincisi, informasiya müharibəsi ilə əlaqələndirilib – gözlənilməz hücum barədə mütəmadi açıqlamalar Rusiyanı gərgin vəziyyətdə saxlamaq üçün nəzərdə tutulub, ikincisi, Qərbin Kiyevdən sürətli və qalib nəticələr tələb etməsi ilə bağlıdır və o, daim hesabat verməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1a/454156797_0:0:2730:2048_1920x0_80_0_0_13d38efa11018677f7bac185a5c2f02f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
tank, ukrayna, sergey şoyqu
tank, ukrayna, sergey şoyqu
Avropa hücum zamanı Kiyevin xeyli texnika itirdiyini etiraf edib
Ukrayna briqadası Zaporojye istiqamətində bütün ərazilərdə dayandırılıb.
BAKI, 10 iyun — Sputnik. Ukrayna hücum zamanı xeyli texnika itirir.
"Bloomberg" avropalı rəsmiyə istinadən bu barədə xəbər verib.
"Ukrayna qüvvələri bu həftə cənubda müəyyən irəliləyiş əldə ediblər, lakin texnikada əhəmiyyətli itkilər olub", - agentliyin açıqlamasında belə deyilir.
Rəsmi nümayəndənin sözlərinə görə, Ukrayna qoşunlarının hərəkətlərinin əsas zərbənin ərəfəsi olub-olmadığı və ya onların Rusiya Federasiyasının müdafiəsində zəif yerlərin aşkarlanmasına yönəldiyi hələ də bəlli deyil.
Cümə axşamı Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, saat 1.30-da 1500 nəfərdən ibarət Ukrayna qoşunları və 150 zirehli texnika Zaporojye istiqamətində Rusiya Silahlı Qüvvələrinin müdafiəsini yarmağa cəhd edib, lakin iki saat ərzində ukraynalılar 350-yə qədər şəxsi heyəti və 30 tankını itiriblər. Nazir vurğulayıb ki, Ukrayna briqadası Zaporojye istiqamətində bütün ərazilərdə dayandırılıb.
Ukraynanın əks-hücumunun vaxtı dəfələrlə dəyişdirilib və dəyişdirilməkdə davam edir. Rusiya Federasiyasında bu "əsəbilik", birincisi, informasiya müharibəsi ilə əlaqələndirilib – gözlənilməz hücum barədə mütəmadi açıqlamalar Rusiyanı gərgin vəziyyətdə saxlamaq üçün nəzərdə tutulub, ikincisi, Qərbin Kiyevdən sürətli və qalib nəticələr tələb etməsi ilə bağlıdır və o, daim hesabat verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.