Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada iqtisadi fəallıq aprel proqnozundan daha sürətlə artır - Mərkəzi Bank

© Sputnik / Алексей СухоруковRusiya
Rusiya - Sputnik Azərbaycan, 1920, 09.06.2023
Abunə olmaq
Rusiya Bankı ölkə iqtisadiyyatının artımını 2023-ci ildə - 0,5-2% aralığında gözləyir.
BAKI, 9 iyun — Sputnik. Rusiyada iqtisadi fəallıq aprel proqnozunda nəzərdə tutulandan daha sürətli artır.
Rusiya Mərkəzi Bankının press-relizində bu barədə yazılıb.
"İqtisadi fəallıq Rusiya Bankının aprel proqnozunda nəzərdə tutulandan daha sürətli artır. Bu, əhəmiyyətli dərəcədə daxili tələbatın aktiv bərpasını əks etdirir. Xarici şərtlər tərəfindən davam edən çətinliklərə baxmayaraq, bu, müəssisələrin müsbət iş əhval - ruhiyyəsini dəstəkləyir" - deyə tənzimləyici bildirib.
2023-cü ilin yekunlarına əsasən İqtisadi İnkişaf Nazirliyi Rusiya Federasiyasında ÜDM-in 1,2% artacağını proqnozlaşdırır. Gözlənildiyi kimi, iqtisadiyyatın böyüməsinə əsas töhfə istehlak tələbatının bərpasını təmin edəcək. Rusiya Bankı da ölkə iqtisadiyyatının artımını 2023-ci ildə - 0,5-2% aralığında gözləyir.
Xəbər lenti
0