Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya özünü dünya iqtisadiyyatından təcrid etmək fikrində deyil - Putin

© Sputnik / Илья ПиталевPutin
Putin - Sputnik Azərbaycan, 1920, 09.06.2023
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, bu, o demək deyil ki, biz nəyin bahasına olursa-olsun, hər şeyi özümüzdə istehsal etməliyik.
BAKI, 9 iyun — Sputnik. Rusiya özünü dünya iqtisadiyyatından təcrid etməkvə hər şeyi özü istehsal etmək niyyətində deyil, lakin kritik sahələrdə özünü təmin etmək lazımdır. Bunu Rusiya prezidenti Vladimir Putin Aİİ ölkələrinin baş nazirləri ilə görüşündə deyib.
"Biz, şübhəsiz ki, heç kimdən - dünya iqtisadiyyatından - xüsusən də dünya iqtisadiyyatının inkişafı üçün perspektivli mərkəzlərdən özümüzü kənar saxlamaq fikrində deyilik. Bu, o demək deyil ki, biz nəyin bahasına olursa-olsun, hər şeyi özümüzdə istehsal etməliyik", - Rusiya lideri bildirib.
"Biz çalışacağıq ki, bütövlükdə qlobal iqtisadiyyatın əhəmiyyətli hissəsi olaraq qalaq. Amma kritik sahələrdə, əlbəttə, daha yaxşı olardı müstəqil olaq, çünki özümüzü təmin etmək suverenliyin əsasıdır", - deyə o vurğulayıb.
Xəbər lenti
0