https://sputnik.az/20230609/cetinliklerin-aradan-qaldirilmasi-ucun-lazim-olan-yerleri-mueyyenlesdiririk---pavlov-455757394.html
Çətinliklərin aradan qaldırılması üçün lazım olan yerləri müəyyənləşdiririk - Pavlov
Çətinliklərin aradan qaldırılması üçün lazım olan yerləri müəyyənləşdiririk - Pavlov
Sputnik Azərbaycan
2023-cü ilin mayında Rusiya və İran Şimal-Cənub-Qərb dəmir yolunun son zəruri hissəsinin - İranda Rəşt-Astara hissəsinin tamamlanması ilə bağlı sənədlər... 09.06.2023, Sputnik Azərbaycan
2023-06-09T17:56+0400
2023-06-09T17:56+0400
2023-06-09T19:07+0400
dəmir yolu
rusiya
avrasiya
konqres
https://cdnn1.img.sputnik.az/img/07e7/06/09/455757224_0:0:3074:1730_1920x0_80_0_0_6ed03e921462f84da11fb45ebd21ace4.jpg
BAKI, 9 iyun — Sputnik. Rusiya Dəmir Yollarının mütəxəssisləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizindən (ND) olan həmkarları ilə birlikdə çatışmazlıqları müəyyən etmək üçün marşrutun infrastrukturunun vəziyyətini izləyirlər. Bunu şirkətin baş direktorunun birinci müavini Sergey Pavlov bildirib. "Şimal-Cənub" Nəıqliyyat Dəhlizi Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur. ND-nin üç marşrutu var: Transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), Qərbi və Şərqi (yerüstü). 2023-cü ilin mayında Rusiya və İran Şimal-Cənub-Qərb dəmir yolunun son zəruri hissəsinin - İranda Rəşt-Astara hissəsinin tamamlanması ilə bağlı sənədlər imzalayıb. "Biz azərbaycanlı və iranlı həmkarlarımızla birlikdə çətinlikləri müəyyən etmək üçün çoxlu işlər görürük, çünki bu xəttin tikintisindən sonra - bu, 162 kilometrdir - birinci mərhələdə ən azı 15 milyon ton tranzit yük daşınmalıdır. Mütəxəssislərimiz Azərbaycandan təzəcə qayıdıblar, biz həmkarlarımızla birlikdə Azərbaycanda, İranda çətinlikllərin aradan qaldırılması üçün lazım olan yerləri müəyyənləşdiririk", - Pavlov cümə günü Avrasiya Konqresinin sessiyasında çıxışı zamanı deyib. Pavlov əlavə edib ki, artıq sərhədlərdən kənara daha geniş baxırıq ki, heç bir halda, o cümlədən ölkəmizdən kənarda çətinliklər yaranmasın.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/09/455757224_343:0:3074:2048_1920x0_80_0_0_1bfcf78a8a290b1869ecd6901bb7dcf0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dəmir yolu, avrasiya, konqres
dəmir yolu, avrasiya, konqres
Çətinliklərin aradan qaldırılması üçün lazım olan yerləri müəyyənləşdiririk - Pavlov
17:56 09.06.2023 (Yenilənib: 19:07 09.06.2023) 2023-cü ilin mayında Rusiya və İran Şimal-Cənub-Qərb dəmir yolunun son zəruri hissəsinin - İranda Rəşt-Astara hissəsinin tamamlanması ilə bağlı sənədlər imzalayıb.
BAKI, 9 iyun — Sputnik. Rusiya Dəmir Yollarının mütəxəssisləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizindən (ND) olan həmkarları ilə birlikdə çatışmazlıqları müəyyən etmək üçün marşrutun infrastrukturunun vəziyyətini izləyirlər. Bunu şirkətin baş direktorunun birinci müavini Sergey Pavlov bildirib.
"Şimal-Cənub" Nəıqliyyat Dəhlizi Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur. ND-nin üç marşrutu var: Transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), Qərbi və Şərqi (yerüstü). 2023-cü ilin mayında Rusiya və İran Şimal-Cənub-Qərb dəmir yolunun son zəruri hissəsinin - İranda Rəşt-Astara hissəsinin tamamlanması ilə bağlı sənədlər imzalayıb.
"Biz azərbaycanlı və iranlı həmkarlarımızla birlikdə çətinlikləri müəyyən etmək üçün çoxlu işlər görürük, çünki bu xəttin tikintisindən sonra - bu, 162 kilometrdir - birinci mərhələdə ən azı 15 milyon ton tranzit yük daşınmalıdır. Mütəxəssislərimiz Azərbaycandan təzəcə qayıdıblar, biz həmkarlarımızla birlikdə Azərbaycanda, İranda çətinlikllərin aradan qaldırılması üçün lazım olan yerləri müəyyənləşdiririk", - Pavlov cümə günü Avrasiya Konqresinin sessiyasında çıxışı zamanı deyib.
Pavlov əlavə edib ki, artıq sərhədlərdən kənara daha geniş baxırıq ki, heç bir halda, o cümlədən ölkəmizdən kənarda çətinliklər yaranmasın.