https://sputnik.az/20230609/cenevrede-bmt-ve-rusiya-arasinda-taxil-sazisi-uzre-danisiqlar-kecirilecek-455755495.html
Cenevrədə BMT və Rusiya arasında taxıl sazişi üzrə danışıqlar keçiriləcək
Cenevrədə BMT və Rusiya arasında taxıl sazişi üzrə danışıqlar keçiriləcək
Sputnik Azərbaycan
Memorandum üzrə danışıqlarda Rusiyanı xarici işlər nazirinin müavini Sergey Verşininin təmsil edəcəyi gözlənilir. 09.06.2023, Sputnik Azərbaycan
2023-06-09T14:13+0400
2023-06-09T14:13+0400
2023-06-09T14:51+0400
taxıl
rusiya
saziş
bmt
rusiya müdafiə nazirliyi
cenevrə
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332569_0:159:3078:1890_1920x0_80_0_0_4a88f63cd1ab5df0d033bbb279603e3a.jpg
BAKI, 9 iyun — Sputnik. Cümə günü Cenevrədə BMT və Rusiya arasında "taxıl sazişi" çərçivəsində memorandum üzrə danışıqlar keçiriləcək. BMT-dəki mənbənin təsdiq etdiyi kimi, təşkilatı Ticarət və İnkişaf Konfransının rəhbəri Rebekka Qrinspen təmsil edəcək. Rusiyanı xarici işlər nazirinin müavini Sergey Verşininin təmsil edəcəyi gözlənilir. Bundan əvvəl o, iyunun 9-da Cenevrədə keçiriləcək məsləhətləşmələrdə RF-BMT memorandumu, yəni taxıl müqaviləsinin Rusiya hissəsi ilə bağlı məsələlərin müzakirə olunacağını bildirib. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan Qara Dəniz Taxıl Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. Rusiya Prezidenti Vladimir Putin sentyabrda qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir. Taxıl təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının qarşısının alınmasını, Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikası, ehtiyat hissələri və xidmətlərin tədarükünün bərpasını, Tolyatti-Odessa ammonyak boru kəmərinin bərpası və bir sıra digər tədbirləri nəzərdə tutur. Moskvada qeyd edildiyi kimi, paket sazişinin bu hissəsi hələ də həyata keçirilməyib. Rusiya Müdafiə Nazirliyi çərşənbə günü bildirib ki, Ukrayna diversiya qrupu bazar ertəsi axşam Xarkov vilayətində Tolyatti-Odessa ammonyak boru kəmərini partladıb. Ammonyak kəmərinin Rusiya hissəsinin operatoru olan "Transammiak" İctimai Səhmdar Cəmiyyətiınin (İSC) mətbuat xidmətindən "RİA Novosti"yə bildiriblər ki, Rusiya hissəsi Ukrayna hissəsindən təcrid edilib və daimi nəzarət altında yaxşı vəziyyətdədir.
cenevrə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332569_174:0:2905:2048_1920x0_80_0_0_cc619600e4c6f1f979ab74a6ca758863.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
taxıl, saziş, bmt, rusiya müdafiə nazirliyi, cenevrə
taxıl, saziş, bmt, rusiya müdafiə nazirliyi, cenevrə
Cenevrədə BMT və Rusiya arasında taxıl sazişi üzrə danışıqlar keçiriləcək
14:13 09.06.2023 (Yenilənib: 14:51 09.06.2023) Memorandum üzrə danışıqlarda Rusiyanı xarici işlər nazirinin müavini Sergey Verşininin təmsil edəcəyi gözlənilir.
BAKI, 9 iyun — Sputnik. Cümə günü Cenevrədə BMT və Rusiya arasında "taxıl sazişi" çərçivəsində memorandum üzrə danışıqlar keçiriləcək.
BMT-dəki mənbənin təsdiq etdiyi kimi, təşkilatı Ticarət və İnkişaf Konfransının rəhbəri Rebekka Qrinspen təmsil edəcək. Rusiyanı xarici işlər nazirinin müavini Sergey Verşininin təmsil edəcəyi gözlənilir.
Bundan əvvəl o, iyunun 9-da Cenevrədə keçiriləcək məsləhətləşmələrdə RF-BMT memorandumu, yəni taxıl müqaviləsinin Rusiya hissəsi ilə bağlı məsələlərin müzakirə olunacağını bildirib.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan Qara Dəniz Taxıl Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. Rusiya Prezidenti Vladimir Putin sentyabrda qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir.
Taxıl təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının qarşısının alınmasını, Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikası, ehtiyat hissələri və xidmətlərin tədarükünün bərpasını, Tolyatti-Odessa ammonyak boru kəmərinin bərpası və bir sıra digər tədbirləri nəzərdə tutur. Moskvada qeyd edildiyi kimi, paket sazişinin bu hissəsi hələ də həyata keçirilməyib.
Rusiya Müdafiə Nazirliyi çərşənbə günü bildirib ki, Ukrayna diversiya qrupu bazar ertəsi axşam Xarkov vilayətində Tolyatti-Odessa ammonyak boru kəmərini partladıb.
Ammonyak kəmərinin Rusiya hissəsinin operatoru olan "Transammiak" İctimai Səhmdar Cəmiyyətiınin (İSC) mətbuat xidmətindən "RİA Novosti"yə bildiriblər ki, Rusiya hissəsi Ukrayna hissəsindən təcrid edilib və daimi nəzarət altında yaxşı vəziyyətdədir.