https://sputnik.az/20230608/xhe-almaniyanin-tanklari-yeniden-rusiya-torpaqlarinda-yanir-455693719.html
XHƏ: Almaniyanın tankları yenidən Rusiya torpaqlarında yanır
XHƏ: Almaniyanın tankları yenidən Rusiya torpaqlarında yanır
Sputnik Azərbaycan
"The Guardian" nəşri Ukrayna Silahlı Qüvvələrinin 3-cü hücum briqadasının İngiltərədə təlim keçməsinə baxmayaraq, "əks-hücum"a kifayət qədər hazır olmadığını... 08.06.2023, Sputnik Azərbaycan
2023-06-08T08:43+0400
2023-06-08T08:43+0400
2023-06-08T08:43+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
tank
leopard
https://cdnn1.img.sputnik.az/img/07e7/01/16/450908250_0:161:3070:1888_1920x0_80_0_0_fc7adeae95c1a147bfe010ae089a40ba.jpg
Ukraynanın "əks-hücum"u plana uyğun inkişaf etmir - Rusiya qoşunları yürüşdən döyüş birləşmələrinə qədər yerləşmə xəttlərində Ukrayna Silahlı Qüvvələrinin (USQ) canlı qüvvəsini və zirehli texnikasını effektiv şəkildə məhv edir və açıq sahədə hücum edən bölmələri darmadağın edir. Rusiya Silahlı Qüvvələri tərəfindən (RSQ) yalnız bir Cənubi Donetsk istiqamətində sutkada (5 iyun) 1500-dən çox Ukrayna hərbçiləri o dünyaya göndərilib, 28 tank, o cümlədən Almaniya istehsalı olan səkkiz "Leopard", həmçinin Fransanın istehsal etdiyi üç AMX-10 təkərli zirehli maşın, ABŞ-ın "Bradley" piyada döyüş maşını (PDM) və 109 digər zirehli döyüş maşını yandırılıb. Ukrayna Silahlı Qüvvələrinin xeyli sayda Qərbin zirehli texnikası Rusiya Aerokosmik Qüvvələrinin hücum və ordu aviasiyasının zərbələri ilə məhv edilib. "Leopard"lardan biri Rusiyanın "Lanset" dron-kamikadzesi tərəfindən vurulub. Rusiya Federasiyası Birləşmiş Qüvvələr Qrupunun komandiri Sergey Surovikin iyunun 6-da, səhər saatlarında müdafiə naziri Sergey Şoyquya Rusiya bölmələrinin Vremevski kəsişməsi ərazisində düşməni sıxışdırdıqlarını və "müdafiəsinin dərinliklərində ən üstün yüksəklikləri ələ keçirdiyini" məruzə edib. Burada, Donetsk ilə Zaporojye vilayətinin kəsişməsində 4-5 iyun tarixlərində USQ-nin əsas səyləri Azov dənizi adlanan döyüşdə cəmləşib. Ukrayna qoşunları beş briqadanın (ümumilikdə 20 minə qədər döyüşçü) qüvvələri ilə hücuma keçməyə çalışıb. İlkin məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin 33-cü mexanikləşdirilmiş briqadasından olan Almaniyanın "Leopard" tankları yanıb. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna hərbi kəşfiyyatının İvanovo vilayətindəki Severnı aerodromunda radioaktiv "çirkli bomba"lardan istifadə etməyi planlaşdırdığı terror aktının qarşısının alındığını bildirib. Donbasdakı Rusiya qoşun qruplaşmasının qüvvə və vasitələrini başqa istiqamətə yönəltmək üçün Belqorod istiqamətində Polşa-Ukrayna təxribat qruplarının uğursuz cəhdləri davam edir. İyunun 6-na keçən gecə Ukrayna Silahlı Qüvvələri HIMARS raket sisteminin zərbələri ilə Xerson vilayətindəki Kaxovskaya Su Elektrik Stansiyasının (SES) bəndini partladıblar- aşağı axınında bir neçə yaşayış məntəqəsi daşqın zonasında olub. Kiyev rejiminin sağ qalması (xarici maliyyələşdirməni davam etdirmək) üçün qlobal miqyasda fəlakət lazımdır. Lakin sahilyanı yaşayış məntəqələrini su basma sürəti kritik deyil və sakinlər 72 saat ərzində öz evlərinə qayıda biləcəklər. Rosatom qeyd edib ki, Kaxovskaya SES-in bəndinin partladılması Zaporojye Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinə təsir etməyəcək - reaktorların soyudulması üçün su anbarından və alternativ mənbələrdən doldurulan xüsusi hovuz mövcuddur. ABŞ və NATO üçün tələ İki gün ərzində Ukrayna Silahlı Qüvvələri 2000-dən çox əsgər və zabitini, onlarla Qərb zirehli texnikasını itirib və bu, hələ başlanğıcdır. Yunanıstanın "DefenseNet" nəşri Ukrayna hücumunun uğursuzluğunu bəyan edib: "Briqadalar metal qırıntılarına çevrilir". Bu metal qırıntıları NATO-nun Ukrayna qoşunlarının təliminin nəticəsidir. Hətta Kremlin "Ukrayna tərəfinin qəsdən təxribatı" barədə bəyanatı olmasa belə, Qərb anlayır ki, Kaxovskaya SES-in bəndinin partladılması yalnız Kiyevin xeyrinə ola bilər: "Ukraynalıların cəbhələrində işlər heç də yaxşı getmir. Rusiyalılar bundan heç bir fayda görmür, çünki bəndin partladılması Krımı illərlə güclü su mənbəyindən məhrum edə bilər. Ukraynalılar üçün bu partlayış qoşunların irəliləməsini asanlaşdıra bilər". Ukrayna mənbələri Kaxovskaya su anbarının dayazlaşdırılmasından sonra Ukrayna Silahlı Qüvvələrinin Zaporojye AES-dən Kaxovskaya SES-ə qədər olan ərazidə guya rusiyalıların redutlarının o qədər də güclü olmadığı yerdə ehtimal edilən hücumuna işarə edirlər. Bundan əlavə, Ukrayna ənənəvi olaraq Rusiyanın raketlərinin və artilleriya mərmilərinin tezliklə tükənəcəyinə, qoşunların mənəvi ruhunun və komandanlığın koordinasiyasının azalacağına ümid edir. Sərt reallığa qayıtmaq qaçılmazdır. ABŞ prezidentliyinə dörd əsas namizəddən üçü Amerikanın Ukrayna münaqişəsində iştirakına qarşı çıxır. "The Hill" nəşri qeyd edir: "ABŞ rəsmiləri, Ukraynanın cəbhə xəttini yarmaq və uğur qazanmaq üçün lazım olan hər şeyə sahib olduqlarını söyləyirlər, lakin onlar öz gözləntilərini cilovlamaq məcburiyyətində qalıbar". Alyansın Ukrayna Silahlı Qüvvələrinin 12 yeni briqadasının (ümumilikdə 50 minə yaxın döyüşçü) hazırlanması istiqamətində köməyinə baxmayaraq, Pentaqon rəhbəri Lloyd Ostin NATO taktikasının üstünlüyünə o qədər də əmin deyil və "Ukrayna müharibəsinin qeyri-müəyyənliyindən" danışır. ABŞ Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli də USQ-nin "əks-hücumunun" müvəffəqiyyətindən eyni dərəcədə əmin deyil. Bu yaxınlarda "The Guardian" nəşri Ukrayna Silahlı Qüvvələrinin 3-cü hücum briqadasının İngiltərədə təlim keçməsinə baxmayaraq, "əks-hücum"a kifayət qədər hazır olmadığını bildirib. Ukrayna komandanlığı döyüşçülərin yenidən hazırlanmasını təşkil etmək lazımdır. Həqiqətən də, İngiltərə ordusu müntəzəm qoşunlarla qarşıdurmada döyüş təcrübəsi olmayan Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan əsgərlərinə nə öyrədə bilər? Sual ritorikdir. Hər halda, Qərb artıq zəhərli "Ukrayna layihəsi"ni axıtmaq üçün ideoloji baza hazırlayır – ABŞ-ın ən böyük "The New York Times" nəşri Ukraynanı nasist Almaniyası ilə müqayisə edir və bir çox ümumi simvollar və "ictimai müzakirələrdə fikirlər" tapır. Danimarkanın Baş naziri Mette Frederiksen iyunun 5-də ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra deyib ki, NATO Ukrayna üzrə sülh danışıqlarına hazır olması barədə "Rusiyadan siqnal gözləyir". Təbii ki, Rusiyanın Qərbin şərtləri ilə danışıqlara ehtiyacı yoxdur – xüsusi hərbi əməliyyatın (XHƏ) ilkin məqsəd və vəzifələri dəyişməzdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/16/450908250_170:0:2901:2048_1920x0_80_0_0_942b8939d79d29dc405ed780a55c44f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, xüsusi hərbi əməliyyat, tank, leopard
rusiya, xüsusi hərbi əməliyyat, tank, leopard
XHƏ: Almaniyanın tankları yenidən Rusiya torpaqlarında yanır
"The Guardian" nəşri Ukrayna Silahlı Qüvvələrinin 3-cü hücum briqadasının İngiltərədə təlim keçməsinə baxmayaraq, "əks-hücum"a kifayət qədər hazır olmadığını bildirib.
Ukraynanın "əks-hücum"u plana uyğun inkişaf etmir - Rusiya qoşunları yürüşdən döyüş birləşmələrinə qədər yerləşmə xəttlərində Ukrayna Silahlı Qüvvələrinin (USQ) canlı qüvvəsini və zirehli texnikasını effektiv şəkildə məhv edir və açıq sahədə hücum edən bölmələri darmadağın edir.
Rusiya Silahlı Qüvvələri tərəfindən (RSQ) yalnız bir Cənubi Donetsk istiqamətində sutkada (5 iyun) 1500-dən çox Ukrayna hərbçiləri o dünyaya göndərilib, 28 tank, o cümlədən Almaniya istehsalı olan səkkiz "Leopard", həmçinin Fransanın istehsal etdiyi üç AMX-10 təkərli zirehli maşın, ABŞ-ın "Bradley" piyada döyüş maşını (PDM) və 109 digər zirehli döyüş maşını yandırılıb. Ukrayna Silahlı Qüvvələrinin xeyli sayda Qərbin zirehli texnikası Rusiya Aerokosmik Qüvvələrinin hücum və ordu aviasiyasının zərbələri ilə məhv edilib. "Leopard"lardan biri Rusiyanın "Lanset" dron-kamikadzesi tərəfindən vurulub.
Rusiya Federasiyası Birləşmiş Qüvvələr Qrupunun komandiri Sergey Surovikin iyunun 6-da, səhər saatlarında müdafiə naziri Sergey Şoyquya Rusiya bölmələrinin Vremevski kəsişməsi ərazisində düşməni sıxışdırdıqlarını və "müdafiəsinin dərinliklərində ən üstün yüksəklikləri ələ keçirdiyini" məruzə edib. Burada, Donetsk ilə Zaporojye vilayətinin kəsişməsində 4-5 iyun tarixlərində USQ-nin əsas səyləri Azov dənizi adlanan döyüşdə cəmləşib. Ukrayna qoşunları beş briqadanın (ümumilikdə 20 minə qədər döyüşçü) qüvvələri ilə hücuma keçməyə çalışıb. İlkin məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin 33-cü mexanikləşdirilmiş briqadasından olan Almaniyanın "Leopard" tankları yanıb.
Rusiya Silahlı Qüvvələri iyunun 6-na keçən gecə Kiyev, Jitomir, Pavloqrad və digər ərazilərdə hava hücumundan müdafiə obyektlərinə, arsenallara, düşmənin şəxsi heyətinin yerləşdirmə məntəqələrinə və xaricdən gətirilən hərbi texnikalara raket zərbələri endirib. Rusiya qoşunları Avdeyevka və Maryinsk bölgələrində uğurla fəaliyyət göstərir, Xarkov vilayətinin Kupyansk rayonuna yaxınlaşıblar. Ukrayna qoşunlarının Xerson vilayətinə eniş cəhdinin qarşısı alınıb. USQ-nin "əks-hücum"unun uğursuz başlaması fonunda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (KBİ) terror fəaliyyəti artır.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna hərbi kəşfiyyatının İvanovo vilayətindəki Severnı aerodromunda radioaktiv "çirkli bomba"lardan istifadə etməyi planlaşdırdığı terror aktının qarşısının alındığını bildirib. Donbasdakı Rusiya qoşun qruplaşmasının qüvvə və vasitələrini başqa istiqamətə yönəltmək üçün Belqorod istiqamətində Polşa-Ukrayna təxribat qruplarının uğursuz cəhdləri davam edir. İyunun 6-na keçən gecə Ukrayna Silahlı Qüvvələri HIMARS raket sisteminin zərbələri ilə Xerson vilayətindəki Kaxovskaya Su Elektrik Stansiyasının (SES) bəndini partladıblar- aşağı axınında bir neçə yaşayış məntəqəsi daşqın zonasında olub. Kiyev rejiminin sağ qalması (xarici maliyyələşdirməni davam etdirmək) üçün qlobal miqyasda fəlakət lazımdır. Lakin sahilyanı yaşayış məntəqələrini su basma sürəti kritik deyil və sakinlər 72 saat ərzində öz evlərinə qayıda biləcəklər. Rosatom qeyd edib ki, Kaxovskaya SES-in bəndinin partladılması Zaporojye Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinə təsir etməyəcək - reaktorların soyudulması üçün su anbarından və alternativ mənbələrdən doldurulan xüsusi hovuz mövcuddur.
İki gün ərzində Ukrayna Silahlı Qüvvələri 2000-dən çox əsgər və zabitini, onlarla Qərb zirehli texnikasını itirib və bu, hələ başlanğıcdır. Yunanıstanın "DefenseNet" nəşri Ukrayna hücumunun uğursuzluğunu bəyan edib: "Briqadalar metal qırıntılarına çevrilir". Bu metal qırıntıları NATO-nun Ukrayna qoşunlarının təliminin nəticəsidir.
Hətta Kremlin "Ukrayna tərəfinin qəsdən təxribatı" barədə bəyanatı olmasa belə, Qərb anlayır ki, Kaxovskaya SES-in bəndinin partladılması yalnız Kiyevin xeyrinə ola bilər: "Ukraynalıların cəbhələrində işlər heç də yaxşı getmir. Rusiyalılar bundan heç bir fayda görmür, çünki bəndin partladılması Krımı illərlə güclü su mənbəyindən məhrum edə bilər. Ukraynalılar üçün bu partlayış qoşunların irəliləməsini asanlaşdıra bilər". Ukrayna mənbələri Kaxovskaya su anbarının dayazlaşdırılmasından sonra Ukrayna Silahlı Qüvvələrinin Zaporojye AES-dən Kaxovskaya SES-ə qədər olan ərazidə guya rusiyalıların redutlarının o qədər də güclü olmadığı yerdə ehtimal edilən hücumuna işarə edirlər. Bundan əlavə, Ukrayna ənənəvi olaraq Rusiyanın raketlərinin və artilleriya mərmilərinin tezliklə tükənəcəyinə, qoşunların mənəvi ruhunun və komandanlığın koordinasiyasının azalacağına ümid edir.
Sərt reallığa qayıtmaq qaçılmazdır. ABŞ prezidentliyinə dörd əsas namizəddən üçü Amerikanın Ukrayna münaqişəsində iştirakına qarşı çıxır. "The Hill" nəşri qeyd edir: "ABŞ rəsmiləri, Ukraynanın cəbhə xəttini yarmaq və uğur qazanmaq üçün lazım olan hər şeyə sahib olduqlarını söyləyirlər, lakin onlar öz gözləntilərini cilovlamaq məcburiyyətində qalıbar". Alyansın Ukrayna Silahlı Qüvvələrinin 12 yeni briqadasının (ümumilikdə 50 minə yaxın döyüşçü) hazırlanması istiqamətində köməyinə baxmayaraq, Pentaqon rəhbəri Lloyd Ostin NATO taktikasının üstünlüyünə o qədər də əmin deyil və "Ukrayna müharibəsinin qeyri-müəyyənliyindən" danışır. ABŞ Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli də USQ-nin "əks-hücumunun" müvəffəqiyyətindən eyni dərəcədə əmin deyil.
ABŞ-ın "The Drive"ın nəşri USQ-nin perspektivlərini daha dəqiq ifadə edir: "Krımı Rusiyanın quru körpüsü adlandıran körpüdən ayıran kifayət qədər sürətli və uğurlu əməliyyat Rusiya Prezidenti Vladimir Putinə kənar təzyiqləri artıracaq. Uğursuz və ya hələ də həyata keçirilməyən əməliyyat Kiyevin ümid etdiyi on milyardlarla dollarlıq beynəlxalq təhlükəsizlik yardımını təhlükə altına qoya bilər". Əlbəttə ki, ikinci variant daha realdır.
Bu yaxınlarda "The Guardian" nəşri Ukrayna Silahlı Qüvvələrinin 3-cü hücum briqadasının İngiltərədə təlim keçməsinə baxmayaraq, "əks-hücum"a kifayət qədər hazır olmadığını bildirib. Ukrayna komandanlığı döyüşçülərin yenidən hazırlanmasını təşkil etmək lazımdır. Həqiqətən də, İngiltərə ordusu müntəzəm qoşunlarla qarşıdurmada döyüş təcrübəsi olmayan Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan əsgərlərinə nə öyrədə bilər? Sual ritorikdir.
Hər halda, Qərb artıq zəhərli "Ukrayna layihəsi"ni axıtmaq üçün ideoloji baza hazırlayır – ABŞ-ın ən böyük "The New York Times" nəşri Ukraynanı nasist Almaniyası ilə müqayisə edir və bir çox ümumi simvollar və "ictimai müzakirələrdə fikirlər" tapır. Danimarkanın Baş naziri Mette Frederiksen iyunun 5-də ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra deyib ki, NATO Ukrayna üzrə sülh danışıqlarına hazır olması barədə "Rusiyadan siqnal gözləyir". Təbii ki, Rusiyanın Qərbin şərtləri ilə danışıqlara ehtiyacı yoxdur – xüsusi hərbi əməliyyatın (XHƏ) ilkin məqsəd və vəzifələri dəyişməzdir.