https://sputnik.az/20230608/ukrayna-silahli-quvvelerinin-hucumunun-qarsisi-alinib---soyqu-455738542.html
Ukrayna Silahlı Qüvvələrinin hücumunun qarşısı alınıb - Şoyqu
Ukrayna Silahlı Qüvvələrinin hücumunun qarşısı alınıb - Şoyqu
Sputnik Azərbaycan
Ukrayna ordusunun bölmələri kəşfiyyat vasitəsilə aşkar edilib, onlara artilleriya, aviasiya və tank əleyhinə silahlardan qabaqlayıcı zərbə endirilib. 08.06.2023, Sputnik Azərbaycan
2023-06-08T17:40+0400
2023-06-08T17:40+0400
2023-06-08T17:40+0400
sergey şoyqu
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
piyada
tank
https://cdnn1.img.sputnik.az/img/07e7/06/01/455489827_0:160:3072:1888_1920x0_80_0_0_720a30210cdce17d1504382c22f955a0.jpg
BAKI, 8 iyun — Sputnik. Ukrayna silahlı qüvvələrinin Zaporojye istiqamətində Rusiya müdafiəsini yarıb keçmək cəhdinin qarşısı alınıb. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. "Bu gün saat 01:30-da Zaporojye istiqamətində düşmən 1500 nəfərə qədər canlı qüvvə və 150 zirehli texnikadan ibarət 47-ci mexanikləşdirilmiş briqadanın qüvvələri ilə müdafiəmizi yarmağa cəhd edib", - Şoyqu deyib. Onun sözlərinə görə, Ukrayna ordusunun bölmələri kəşfiyyat vasitəsilə aşkar edilib, onlara artilleriya, aviasiya və tank əleyhinə silahlardan qabaqlayıcı zərbə endirilib. "Düşmən dörd istiqamətdə dayandırılıb və böyük itkilərlə geri çəkilib. İki saat davam edən döyüş nəticəsində düşmən 30 tankı, 11 piyada döyüş maşını və 350 nəfərədək şəxsi heyətini itirib", - Şoyqu bildirib. nazirin sözlərinə görə, düşmənin bu hücumunun həyata keçirilməsi üçün xüsusi hazırlanmış ehtiyat qüvvələri öz tapşırığını yerinə yetirə bilməyib. "Dünənki döyüş əməliyyatları günü, iyunun 7-də düşmən 945 şəxsi heyəti, 33 tankı, 28 piyada döyüş maşını, 38 zirehli döyüş maşını, 3 "Krab" özüyeriyən artilleriya qurğusu və digər silah-sursatını itirib", - Şoyqu bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/01/455489827_171:0:2902:2048_1920x0_80_0_0_88a48220854bf2e2ca5549c46c282459.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey şoyqu, ukrayna, piyada, tank
sergey şoyqu, ukrayna, piyada, tank
Ukrayna Silahlı Qüvvələrinin hücumunun qarşısı alınıb - Şoyqu
Ukrayna ordusunun bölmələri kəşfiyyat vasitəsilə aşkar edilib, onlara artilleriya, aviasiya və tank əleyhinə silahlardan qabaqlayıcı zərbə endirilib.
BAKI, 8 iyun — Sputnik. Ukrayna silahlı qüvvələrinin Zaporojye istiqamətində Rusiya müdafiəsini yarıb keçmək cəhdinin qarşısı alınıb. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
"Bu gün saat 01:30-da Zaporojye istiqamətində düşmən 1500 nəfərə qədər canlı qüvvə və 150 zirehli texnikadan ibarət 47-ci mexanikləşdirilmiş briqadanın qüvvələri ilə müdafiəmizi yarmağa cəhd edib", - Şoyqu deyib.
Onun sözlərinə görə, Ukrayna ordusunun bölmələri kəşfiyyat vasitəsilə aşkar edilib, onlara artilleriya, aviasiya və tank əleyhinə silahlardan qabaqlayıcı zərbə endirilib.
"Düşmən dörd istiqamətdə dayandırılıb və böyük itkilərlə geri çəkilib. İki saat davam edən döyüş nəticəsində düşmən 30 tankı, 11 piyada döyüş maşını və 350 nəfərədək şəxsi heyətini itirib", - Şoyqu bildirib.
nazirin sözlərinə görə, düşmənin bu hücumunun həyata keçirilməsi üçün xüsusi hazırlanmış ehtiyat qüvvələri öz tapşırığını yerinə yetirə bilməyib.
"Dünənki döyüş əməliyyatları günü, iyunun 7-də düşmən 945 şəxsi heyəti, 33 tankı, 28 piyada döyüş maşını, 38 zirehli döyüş maşını, 3 "Krab" özüyeriyən artilleriya qurğusu və digər silah-sursatını itirib", - Şoyqu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.