Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sərhədlərin mühafizəsinə daha çox diqqət ayrılmalıdır - MDB-nin icraçı katibi

© Sputnik / Валерий МельниковSergey Lebedev, arxiv şəkli
Sergey Lebedev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.06.2023
Abunə olmaq
MDB İcraiyyə Komitəsinin sədri müasir dünyada siyasətin və iqtisadiyyatın yeni forma aldığını, sülhməramlı səylərin isə öz məqsədinə çatmadığını qeyd edib.
BAKI, 8 iyun — Sputnik. "İndiki şəraitdə sərhədlərin mühafizəsinə daha çox diqqət ayrılmalıdır". Bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev Bakıda keçirilən MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.
S.Lebedev müasir dünyada siyasətin və iqtisadiyyatın yeni forma aldığını, sülhməramlı səylərin isə öz məqsədinə çatmadığını qeyd edib.
MDB-nin icraçı katibi dünyanın bir çox regionlarında, o cümlədən Qafqazda ölkələrin sərhədlərində təhlükələrin mövcud olduğunu bildirib.

"Bu, onu deməyə əsas verir ki, biz ölkələrimizin sərhədlərinin qorunmasına daha çox diqqət ayırmalı və bunu səmərəli şəkildə həyata keçirməliyik", - S.Lebedev əlavə edib.

O qeyd edib ki, bugünkü iclasda MDB ölkələrinin sərhəd qoşunları çərçivəsində 2026-2030-cu illər üçün gələcək fəaliyyət planı hazırlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0