https://sputnik.az/20230608/peskov-qerb-rusiyani-ve-onun-sahibkarlarini-qaret-edib-455728654.html
Peskov: Qərb Rusiyanı və onun sahibkarlarını qarət edib
Peskov: Qərb Rusiyanı və onun sahibkarlarını qarət edib
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, bu yolla Qərb ölkələri bütün "əsas qayda və prinsipləri" pozub. 08.06.2023, Sputnik Azərbaycan
2023-06-08T18:24+0400
2023-06-08T18:24+0400
2023-06-08T18:36+0400
dmitri peskov
rusiya
avro
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444187_0:31:3069:1757_1920x0_80_0_0_bf6faa86fa29bf93ffe736b3d4cbdf6d.jpg
BAKI, 8 iyun — Sputnik. Qərb ölkələri Rusiyanı və bu ölkənin sahibkarlarını qarət edib. İndi bütün vəsaitləri qaytarmaq üçün uzun bir yol var. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov iyunun 8-də deyib. Peskov vurğulayıb ki, bu yolla Qərb ölkələri bütün "əsas qayda və prinsipləri" pozub və indi Rusiyanı bütün vəsaitləri geri qaytarmaq üçün "çox çətin və uzun yol" gözləyir. Xatırladaq ki, mayın sonunda Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand Avropa İttifaqı (Aİ) ölkələrinin dondurulmuş Rusiya aktivləri barədə məlumat verdiyini bildirib. Onun sözlərinə görə, söhbət 200 milyard avrodan çox məbləğdən gedir. Lakin o, bu vəsaitlərin harada olduğunu deyə bilməyib və müvafiq məsələ ilə birbaşa Aİ ölkələrinə müraciət etməyi tövsiyə edib. Eyni zamanda, Rusiya Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, rusiyalı investorlar bu yaxınlarda xaricdə dondurulmuş aktivlərin bir hissəsinə hüquqlarını bərpa edə biliblər. Onun sözlərinə görə, söhbət təxminən 3 trilyon rubldan gedir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444187_169:0:2900:2048_1920x0_80_0_0_b21556533fa09517cc89c94cdb4175da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, avro
Peskov: Qərb Rusiyanı və onun sahibkarlarını qarət edib
18:24 08.06.2023 (Yenilənib: 18:36 08.06.2023) Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, bu yolla Qərb ölkələri bütün "əsas qayda və prinsipləri" pozub.
BAKI, 8 iyun — Sputnik. Qərb ölkələri Rusiyanı və bu ölkənin sahibkarlarını qarət edib. İndi bütün vəsaitləri qaytarmaq üçün uzun bir yol var. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov iyunun 8-də deyib.
"Əlbəttə, bizim sahibkarlar və dövlətin özü Qərbdə qarət olunub. Müxtəlif formatlarda, lakin hamısı Qərbdə qarət edilib", - deyə Rusiya liderinin mətbuat katibi bildirib.
Peskov vurğulayıb ki, bu yolla Qərb ölkələri bütün "əsas qayda və prinsipləri" pozub və indi Rusiyanı bütün vəsaitləri geri qaytarmaq üçün "çox çətin və uzun yol" gözləyir.
Xatırladaq ki, mayın sonunda Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand Avropa İttifaqı (Aİ) ölkələrinin dondurulmuş Rusiya aktivləri barədə məlumat verdiyini bildirib. Onun sözlərinə görə, söhbət 200 milyard avrodan çox məbləğdən gedir. Lakin o, bu vəsaitlərin harada olduğunu deyə bilməyib və müvafiq məsələ ilə birbaşa Aİ ölkələrinə müraciət etməyi tövsiyə edib.
Eyni zamanda, Rusiya Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, rusiyalı investorlar bu yaxınlarda xaricdə dondurulmuş aktivlərin bir hissəsinə hüquqlarını bərpa edə biliblər. Onun sözlərinə görə, söhbət təxminən 3 trilyon rubldan gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.