Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

İçməli su çatışmazlığı. Problemi necə effektiv şəkildə həll etmək olar

© AFP 2024 / ARMEND NIMANIƏllərini yuyan qadın, arxiv şəkli
Əllərini yuyan qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.06.2023
Abunə olmaq
Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında suyun istifadə edilməsi ilə bağlı məsələlərdən danışacaq.
BAKI, 7 iyun — Sputnik. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan Su Komissiyası bu yaxınlarda su mənbələrindən, o cümlədən əsasən şirin suyun Azərbaycanın paytaxtına çatdırıldığı Ceyranbatan gölündən qənaətlə suyun istifadə edilməsi ilə bağlı qərar qəbul edib.
Belə ki, əgər əvvəllər Bakının Suraxanı, Sabunçu, Binəqədi rayonlarında, o cümlədən Abşeronda və digər ətraf ərazilərdə 14 saat ərzində su verilirdisə, indi suyun verilmə qrafiki 10 saata, 12 saatlıq su verilmə qrafiki olan ərazilərdə isə 8 saata endiriləcək.
Eyni zamanda, qrafikdə dəyişikliklər əsasən paytaxtın şəhərətrafı ərazilərinə təsir edəcəyindən Bakının mərkəzi rayonlarında su təchizatında fasilələrin olmayacağı bildirilir.
Bu planın həyata keçirilməsi nəticəsində hansı dəyişikliklərin gözlənilməli olduğu və iri şəhər aqlomerasiyalarında sudan istifadənin səmərəliliyinin artırılacağı barədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Fərzəli Həsənov 9 iyun, saat 11.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında danışacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0