Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova Ağ Ev rəsmilərinə sul ünvanladı: Siz bilirdinizmi?

© AP Photo / Jacquelyn Martin Ağ Ev
 Ağ Ev  - Sputnik Azərbaycan, 1920, 07.06.2023
Abunə olmaq
Kovalçuk bildirib ki, Ukrayna Silahlı Qüvvələri Dneprdə suyun nə qədər qalxdığını görmək üçün artıq Amerikanın HIMARS sistemindən bəndin qıfıllarından birinə sınaq zərbəsi endirib.
BAKI, 7 iyun — Sputnik. ABŞ hakimiyyəti Ukrayna ərazisində Amerika silahlarının dəqiq necə istifadə olunduğuna dair cavab verməyə borcludur. Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kaxovskaya su elektrik stansiyasına hücumu şərh edərkən deyib.
O qeyd edib ki, Kiyevin stansiyaya zərbə endirməsi fonunda ukraynalı general Andrey Kovalçukun ötən ilin dekabrında "The Washington Post" qəzetinə verdiyi müsahibə açıqlanıb.
Kovalçuk bildirib ki, Ukrayna Silahlı Qüvvələri Dneprdə suyun nə qədər qalxdığını görmək üçün artıq Amerikanın HIMARS sistemindən bəndin qıfıllarından birinə sınaq zərbəsi endirib.
"İndi Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbiyə, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre, Ağ Evdə kommunikasiyaya cavabdeh olan bütün insanlara bir sual. Siz bilirdinizmi Amerika silahlarından, Ukrayna ərazisinə gətirilən silahlardan necə istifadə olunur? Üçüncü ölkələrdə mülki infrastruktura qarşı terror aktı törətmək üçün hansı sınaqlar keçirilir? Bu, bizim ictimai məkanda birbaşa qaldırdığımız suallardır. Siz onlara cavab verməyə borclusunuz", - deyən Zaxarova bildirib ki, Kaxovskaya su elektrik stansiyasına hücum, əlbəttə ki, terror aktıdır.
Xəbər lenti
0