Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək - Rusiya XİN

© Sputnik / Александр Вильф / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 07.06.2023
Abunə olmaq
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, yeni regional iqtisadi strategiya sosial-iqtisadi əməkdaşlığın səmərəli inkişafı üçün mühüm dayağa çevrilməlidir.
BAKI, 7 iyun — Sputnik. İyunun 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasında videoformatda iştirak edəcək. Bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"İyunun 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 46-cı iclasında iştirak edəcək. İclas Serbiyanın sədrliyi ilə onlayn rejimdə keçiriləcək", - diplomat bildirib.
"Tədbir zamanı QDİƏT-in gündəliyinə daxil olan geniş spektrli məsələlərin, o cümlədən ticarət, nəqliyyat, enerji, ərzaq təhlükəsizliyi və logistika sahələrində qarşılıqlı fəaliyyətin müzakirəsi gözlənilir", - deyə Zaxarova bildirib.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, yeni regional iqtisadi strategiya sosial-iqtisadi əməkdaşlığın səmərəli inkişafı üçün mühüm dayağa çevrilməlidir.
"Müvafiq sənədin layihəsi üzərində birgə iş artıq aparılır və bu məsələlərin mahiyyəti ilə bağlı hərtərəfli fikir mübadiləsi gözlənilir", - o yekunlaşdırıb.
Xəbər lenti
0