QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Aydın Kərimov: Növbəti 4 ildə Şuşaya bir neçə min nəfərin köçürülməsi nəzərdə tutulur

© Sputnik / Murad OrujovŞuşaya mənzərə
Şuşaya mənzərə - Sputnik Azərbaycan, 1920, 07.06.2023
Abunə olmaq
İşğal zamanı 200-ə yaxın tarixi abidənin dağıdıldığını deyən Aydın Kərimov diqqətə çatdırıb ki, bu gün biz bu abidələrin yenidən qurulmasını və bərpasını mərhələli şəkildə həyata keçiririk.
BAKI, 7 iyun — Sputnik. Şuşa şəhərinin yenidən dirçəlməsi addım-addım, küçə-küçə həyata keçirilir. Mədəniyyət paytaxtının dirçəlməsi gündən-günə turistlərin buraya marağını daha da artırır. Şuşanın yenidən qurulması planının həyata keçirilməsi zamanı tarixi abidələrin, mədəni irsin qorunmasına xüsusi diqqət yetirilir.
Bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda beynəlxalq tədbirdə söyləyib.
İşğal zamanı 200-ə yaxın tarixi abidənin dağıdıldığını deyən Aydın Kərimov diqqətə çatdırıb ki, bu gün biz bu abidələrin yenidən qurulmasını və bərpasını mərhələli şəkildə həyata keçiririk. Bu günədək 13 abidənin bərpa işləri artıq tamamlanıb. Bu abidələr arasında böyük əhəmiyyət kəsb edən Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və digərləri var.
Onun sözlərinə görə, növbəti 4 il ərzində "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində Şuşaya bir neçə min nəfərin köçürülməsi nəzərdə tutulur.
Xəbər lenti
0