Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova Serbiya və Kosovo razılaşmalarının "Minsk"lə müqayisəsi kökündən yanlışdır

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 06.06.2023
Abunə olmaq
Bundan əvvəl Belqrad və Priştina arasında dialoq üzrə xüsusi elçi Miroslav Layçak bildirib ki, bu ilin əvvəlində Kosovo və Serbiya arasında imzalanmış sazişlər gərginliyin həlli üçün əsas olmalıdır.
BAKI, 6 iyun — Sputnik. Belqrad və Priştina arasında dialoq üzrə xüsusi nümayəndə Miroslav Layçakın Serbiya və Kosovo arasındakı razılaşmalar və Minsk razılaşmalarının müqayisəsi kökündən yanlışdır. Bunu RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Bundan əvvəl Belqrad və Priştina arasında dialoq üzrə xüsusi elçi Miroslav Layçak bildirib ki, bu ilin əvvəlində Kosovo və Serbiya arasında imzalanmış sazişlər gərginliyin həlli üçün əsas olmalıdır və əlavə edib ki, onlar Ukraynaya dair Minsk razılaşmalarından fərqlənmir.
"Belə müqayisə kökündən yanlışdır, çünki Minsk razılaşmalarından fərqli olaraq fevral-mart aylarında Belqrad və Priştina arasında əldə olunmuş razılaşmalar şifahidir", - Zaxarova Layçakın bəyanatlarını şərh edərkən deyib.
"Aİ-nin serblərə tətbiq etdiyi normallaşma planı tərəflərə hüquqi öhdəliklər qoymayan siyasi bəyannamədən başqa bir şey deyil" deyən Zaxrova bildirib ki, Qərb inadla bu sxemin həyata keçirilməsini tələb edir və Serbiya rəhbərliyindən bu sxemin həyata keçirilməsini istəyir.
Zaxarovanın sözlərinə görə, problem Belqradın "inadkarlığında" deyil, Serbiyanın milli maraqlarına etinasızlıq göstərildiyi və Kosovonun qondarma müstəqilliyinin təşviq edildiyi, fundamental prinsiplərə məhəl qoymayan yanaşmanın özündədir.
"Brüssel funksionerlərinin, o cümlədən Layçakın Minsk razılaşmalarını rədd etmək cəhdləri inandırıcı deyil. Yada salaq ki, Aİ-nin ən böyük dövlətlərinin - Fransa və Almaniyanın - liderləri Aİ-nin özünün dəstəyi ilə onların qarantı kimi çıxış ediblər", - o bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, sonralar etiraf ediblər ki, onlar əvvəldən Ukrayna böhranını gecikdirmək və gərginləşdirmək üçün çalışıblar.
"Əgər Aİ Kiyev rejimini indi Belqrada təzyiq göstərdiyi kimi, Minski həyata keçirməyə sövq etsəydi, o zaman Ukraynada hadisələrin faciəvi inkişafının qarşısını almaq olardı", - Zaxarova bildirib.
"Kosovo üzrə dialoqda vasitəçiliyinin aşkar uğursuzluğa düçar olmasına baxmayaraq, Brüssel Aİ-nin regiondakı problemlərin həlli üçün əvəzolunmaz olduğunu təkrarlamaqda davam edir. Eyni zamanda, onlar Belqrad və Priştina arasında 2013-cü ildə imzalanmış Brüssel razılaşmalarını "dəfn edirlər".
Zaxarova hesab edir ki, burada Minsk razılaşmaları ilə bənzətmə o halda düzgündür ki, hər iki halda imzalanmış sənədlər Qərbə onları yerinə yetirmək üçün deyil, tərəflərdən birinə üstünlük yaratmaq üçün lazım idi və nəticələr acınacaqlıdır.
"Belə çıxır ki, Avropa rəsmilərinin anlayışına görə, beynəlxalq hüququn kobud şəkildə pozulması, üzərinə götürdüyü öhdəliklərin rədd edilməsi, Priştinanın aqressiv serbofobiyasının uzunmüddətli təşviqi Qərbin Balkanlarda ideal gündəliyidir.
"Nəticədə Kosovo alban ekstremistləri bölgəni yenidən silahlı münaqişə həddinə çatdırıblar, əyalətdə serblərə qarşı zorakılıq kritik həddə çatıb, ədalətli uzunmüddətli nizamlanma ümidi gözümüzün qarşısında sönür, Qərb isə adətkər şəkildə özünü "unikal sülhməramlı" kimi göstərir", - deyə Zaxarova fikirlərini yekunlaşdırıb.
Mayın 29-da minlərlə kosovalı serb Kosovonun şimalında və Metoxiyadakı yerli hökumət binaları qarşısına toplaşaraq Kosovo polisinin geri çəkilməsini və Kosovo alban rəhbərlərinin geri çağırılmasını tələb edib. Nümayişləri dağıtmaq üçün NATO KFOR kontingentinin əsgərləri Zvecan, Leposaviç və Zubin Potok bələdiyyələrinin binaları yaxınlığında yerləşdirilib. Onların arxasında kosovo serblərinin binalara yaxınlaşmasına mane olan böyük Kosovo polis qüvvələri dayanıb. Axşam saatlarında etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. Gözyaşardıcı qazdan istifadə edilib, onlarla səs qumbarları atılıb, atışma olub. Yerli sakinlərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində 52 serb və Şimali Atlantika Alyansının ən azı 30 hərbçisi yaralanıb.
Aİ diplomatiyasının rəhbəri Cozep Borrell əvvəllər sənədlərin və dövlət rəmzlərinin qarşılıqlı tanınması və Belqradın Priştinanın beynəlxalq təşkilatlara qoşulmasına mane olmaqdan imtinası ilə bağlı müddəaların yer aldığı ABŞ-ın dəstəklədiyi Avropa təklifinin tam mətnini dərc edib. Aİ-nin Belqrad və Priştina arasında dialoq üzrə xüsusi nümayəndəsi Miroslav Layçak bildirib ki, təklif tərəflər tərəfindən qəbul edilib və dərc olunub, onun "tam icrası" üçün proqramı təsdiqləmək qalır. Aİ-nin xüsusi nümayəndəsinin sözlərinə görə, İttifaqın rəhbərliyi və ABŞ 2013-cü il Brüssel sazişinə uyğun olaraq Kosovo hakimiyyət orqanları tərəfindən regionda muxtariyyət hüququna malik Serb İcmaları Birliyinin yaradılmasında israrlıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0