Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin: Rusiyaya qarşı NATO döyüşür, ukraynalılar isə xərclənən materialdır

© Sputnik / Пресс-служба Госдумы РФ / Mediabanka keçidRusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin
Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin  - Sputnik Azərbaycan, 1920, 06.06.2023
Abunə olmaq
Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Vaşinqton və Brüsselin də Rusiyanın mülki əhalisinə qarşı terror aktları və təxribatı təşviq etdiklərini söyləyib.
BAKI, 6 iyun — Sputnik. Rusiyaya qarşı NATO döyüşür, ukraynalılar xərclənən materialdır. Bu, göz qabağındadır.
Bunu Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
"Bu gün hər kəsə aydındır: Rusiyaya qarşı NATO döyüşür. Ukraynalılar isə, sadəcə xərclənən materialdır", - deyə o, özünün "Teleqram" kanalında yazıb.
Volodin əlavə edib ki, Vaşinqton və Brüssel Kiyev hücumunun uğurunu vəd edərək Avropa dövlətlərini müharibəyə "sürükləyiblər", lakin "Barbarossa-2 planı" iflasa uğrayıb.
Dövlət Dumasının spikeri əlavə edib ki, Vaşinqton və Brüssel də Rusiyanın mülki əhalisinə qarşı terror aktları və təxribatı təşviq ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0