https://sputnik.az/20230606/ukrayna-bmt-mehkemesinde-rusiyaya-qarsi-iddia-ile-bagli-subut-teqdim-ede-bilmir-455669599.html
Ukrayna BMT məhkəməsində Rusiyaya qarşı iddia ilə bağlı sübut təqdim edə bilmir
Ukrayna BMT məhkəməsində Rusiyaya qarşı iddia ilə bağlı sübut təqdim edə bilmir
Sputnik Azərbaycan
Beynəlxalq Haaqa Məhkəməsi Ukraynanın 2017-ci ildən Rusiyaya qarşı Donbass və Krım hadisələri ilə bağlı iddiası üzrə dinləmələrə başlayıb. 06.06.2023, Sputnik Azərbaycan
2023-06-06T23:44+0400
2023-06-06T23:44+0400
2023-06-06T23:44+0400
bmt
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452170773_0:310:3078:2041_1920x0_80_0_0_b104669044d5b840a65e21627fa66772.jpg
BAKI, 6 iyun — Sputnik. Ukrayna 2017-ci ildə Donbass və Krımla bağlı Rusiya Federasiyasına qarşı Haaqa Beynəlxalq Məhkəməsində iddiasında inandırıcı sübutlar təqdim edə bilmədi. Bunu Rusiya nümayəndə heyətinin məhkəmədəki nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gennadi Kuzmin RİA Novosti-yə bildirilib. Çərşənbə axşamı Beynəlxalq Haaqa Məhkəməsi Ukraynanın 2017-ci ildən Rusiyaya qarşı Donbass və Krım hadisələri ilə bağlı iddiası üzrə dinləmələrə başlayıb. Bu gün Ukrayna tərəfi görüşdə çıxış edir. Cümə axşamı söz Rusiya tərəfinə veriləcək. Dinləmələr iyunun 14-dək davam edəcək. "Ukrayna tərəfinin çıxışı məni məyus etdi. Mən daha peşəkar təqdimata, daha əsaslandırılmış mövqeyə, daha möhkəm sübut bazasına hazır idim. Əslində, onlar iddia qaldırarkən mövcud olan arqumentlərdən kənara çıxmadılar. Onlar inandırıcı sübut təqdim edə bilmədi", - Kuzmin agentliyə müsahibəsində bildirib. Rusiya nümayəndəsi qeyd edib ki, bunlar işin mahiyyəti üzrə dinləmələr olduğundan, məhz bu mərhələdə iddiaçının istinad etdiyi iddialar barədə inandırıcı sübutlar təqdim etməsi gözlənilir. Dinləmələr zamanı Ukrayna nümayəndə heyətinin nümayəndəsi Malayziya Boeing təyyarəsinin qəzaya uğramasında Rusiya Federasiyasının əli olduğu iddiasını açıqlayıb. Onun sözlərinə görə, Rusiya 2014-cü ildə Donbassdakı milisləri maliyyələşdirib və onları silahla, o cümlədən MH17-nin vurulduğu silahla təmin edib. Beləliklə, Ukrayna nümayəndə heyətinin nümayəndəsinin sözlərinə görə, Rusiya terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiyanı pozub. MH17 reysi ilə Amsterdamdan Kuala-Lumpura uçan Malayziya "Boeing" təyyarəsi 2014-cü il iyulun 17-də Donetsk yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 298 nəfər olub, onların hamısı həlak olub. Kiyev dərhal təyyarənin qəzaya uğramasında yerli milisləri günahlandırsa da, onlar təyyarəni belə hündürlükdə endirməyə imkanlarının olmadığını bildiriblər. 2022-ci il noyabrın 17-də Haaqa Məhkəməsi rusiyalı İqor Girkin, Sergey Dubinski və ukraynalı Leonid Xarçenkonu 2014-cü ildə Ukraynanın şərqində MH17 reysini məhv etməkdə və 298 sərnişinini öldürməkdə təqsirli bilib və onları qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib. Eyni zamanda, məhkəmə dördüncü təqsirləndirilən rusiyalı Oleq Pulatovu təqsirsiz bilib və prokurorun onun həbsə salınması tələbini rədd edib. Pulatov kompensasiya tələblərinə görə məsuliyyətdən azad edilib. Qalanları, Niderland məhkəməsinin qərarına əsasən, qurbanların ailələrinə ümumilikdə 16 milyon avro ödəməli olacaqlar. Məhkəmə hökmün çıxarılma prosesi zamanı MH17 reysinə qarşı Buk hava hücumundan müdafiə sisteminin istifadəsini birbaşa Rusiya ilə əlaqələndirməyib, baxmayaraq ki, o vaxt Rusiyanın DXR üzərində nəzarəti olduğu fikrini ifadə edib. Məhkəmə həmçinin qərara alıb ki, MH17 reysi Pervomayskidən buraxılan və həmin vaxt DXR milisləri tərəfindən idarə olunan Buk hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Rusiya Xarici İşlər Nazirliyi Niderlanda məhkəmənin qərarını şərh edərkən bildirib ki, məhkəmə MH17 işi üzrə Rusiyanın iştirakı versiyasını gücləndirmək üçün materialları seçmə qaydada qəbul edib və qərəzsiz ədalət prinsiplərinə məhəl qoymayıb, prosesin gedişatı və nəticələri onun siyasi əsaslara söykəndiyini göstərir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452170773_223:0:2954:2048_1920x0_80_0_0_c4a22b8e0d1bf68daab28c8e2f88304a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bmt, ukrayna, rusiya
Ukrayna BMT məhkəməsində Rusiyaya qarşı iddia ilə bağlı sübut təqdim edə bilmir
Beynəlxalq Haaqa Məhkəməsi Ukraynanın 2017-ci ildən Rusiyaya qarşı Donbass və Krım hadisələri ilə bağlı iddiası üzrə dinləmələrə başlayıb.
BAKI, 6 iyun — Sputnik. Ukrayna 2017-ci ildə Donbass və Krımla bağlı Rusiya Federasiyasına qarşı Haaqa Beynəlxalq Məhkəməsində iddiasında inandırıcı sübutlar təqdim edə bilmədi. Bunu Rusiya nümayəndə heyətinin məhkəmədəki nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gennadi Kuzmin RİA Novosti-yə bildirilib.
Çərşənbə axşamı Beynəlxalq Haaqa Məhkəməsi Ukraynanın 2017-ci ildən Rusiyaya qarşı Donbass və Krım hadisələri ilə bağlı iddiası üzrə dinləmələrə başlayıb. Bu gün Ukrayna tərəfi görüşdə çıxış edir. Cümə axşamı söz Rusiya tərəfinə veriləcək. Dinləmələr iyunun 14-dək davam edəcək.
"Ukrayna tərəfinin çıxışı məni məyus etdi. Mən daha peşəkar təqdimata, daha əsaslandırılmış mövqeyə, daha möhkəm sübut bazasına hazır idim. Əslində, onlar iddia qaldırarkən mövcud olan arqumentlərdən kənara çıxmadılar. Onlar inandırıcı sübut təqdim edə bilmədi", - Kuzmin agentliyə müsahibəsində bildirib.
Rusiya nümayəndəsi qeyd edib ki, bunlar işin mahiyyəti üzrə dinləmələr olduğundan, məhz bu mərhələdə iddiaçının istinad etdiyi iddialar barədə inandırıcı sübutlar təqdim etməsi gözlənilir.
Dinləmələr zamanı Ukrayna nümayəndə heyətinin nümayəndəsi Malayziya Boeing təyyarəsinin qəzaya uğramasında Rusiya Federasiyasının əli olduğu iddiasını açıqlayıb. Onun sözlərinə görə, Rusiya 2014-cü ildə Donbassdakı milisləri maliyyələşdirib və onları silahla, o cümlədən MH17-nin vurulduğu silahla təmin edib. Beləliklə, Ukrayna nümayəndə heyətinin nümayəndəsinin sözlərinə görə, Rusiya terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiyanı pozub.
MH17 reysi ilə Amsterdamdan Kuala-Lumpura uçan Malayziya "Boeing" təyyarəsi 2014-cü il iyulun 17-də Donetsk yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 298 nəfər olub, onların hamısı həlak olub. Kiyev dərhal təyyarənin qəzaya uğramasında yerli milisləri günahlandırsa da, onlar təyyarəni belə hündürlükdə endirməyə imkanlarının olmadığını bildiriblər.
2022-ci il noyabrın 17-də Haaqa Məhkəməsi rusiyalı İqor Girkin, Sergey Dubinski və ukraynalı Leonid Xarçenkonu 2014-cü ildə Ukraynanın şərqində MH17 reysini məhv etməkdə və 298 sərnişinini öldürməkdə təqsirli bilib və onları qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib. Eyni zamanda, məhkəmə dördüncü təqsirləndirilən rusiyalı Oleq Pulatovu təqsirsiz bilib və prokurorun onun həbsə salınması tələbini rədd edib. Pulatov kompensasiya tələblərinə görə məsuliyyətdən azad edilib. Qalanları, Niderland məhkəməsinin qərarına əsasən, qurbanların ailələrinə ümumilikdə 16 milyon avro ödəməli olacaqlar. Məhkəmə hökmün çıxarılma prosesi zamanı MH17 reysinə qarşı Buk hava hücumundan müdafiə sisteminin istifadəsini birbaşa Rusiya ilə əlaqələndirməyib, baxmayaraq ki, o vaxt Rusiyanın DXR üzərində nəzarəti olduğu fikrini ifadə edib. Məhkəmə həmçinin qərara alıb ki, MH17 reysi Pervomayskidən buraxılan və həmin vaxt DXR milisləri tərəfindən idarə olunan Buk hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Rusiya Xarici İşlər Nazirliyi Niderlanda məhkəmənin qərarını şərh edərkən bildirib ki, məhkəmə MH17 işi üzrə Rusiyanın iştirakı versiyasını gücləndirmək üçün materialları seçmə qaydada qəbul edib və qərəzsiz ədalət prinsiplərinə məhəl qoymayıb, prosesin gedişatı və nəticələri onun siyasi əsaslara söykəndiyini göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.