https://sputnik.az/20230605/sergey-lavrov-tacikistana-gedib-455629145.html
Sergey Lavrov Tacikistana gedib
Sergey Lavrov Tacikistana gedib
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri Tacikistanda bu ölkənin rəhbərliyi ilə danışıqlar aparacaq və Rusiya bazasına baş çəkəcək. 05.06.2023, Sputnik Azərbaycan
2023-06-05T18:10+0400
2023-06-05T18:10+0400
2023-06-05T18:10+0400
sergey lavrov
rusiya
tacikistan
baza
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230707_0:160:3072:1888_1920x0_80_0_0_d270ca19e13cb6b889d01e9f251fba76.jpg
BAKI, 5 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistanın paytaxtına gedib. Bu barədə RİA Novosti xəbər verir. Rusiya XİN rəhbəri Tacikistanda bu ölkənin rəhbərliyi ilə danışıqlar aparacaq və Rusiya hərbi bazasına baş çəkəcək. Rusiya Xarici İşlər Nazirliyindən daha əvvəl bildirilib ki, Lavrovun səfəri iyunun 5-6-da baş tutacaq, Tacikistanda olarkən rusiyalı nazirin prezident Emoməli Rəhmonla görüşü nəzərdə tutulub. Emoməli Rəhmon mayın əvvəlində Qələbə gününü qeyd etmək üçün Moskvaya gəlib və həmin ayın sonunda Tacikistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmamasına baxmayaraq Aİİ-nin sammitində videobağlantı vasitəsilə iştirak edib. Bundan əlavə, Düşənbədə rusiyalı nazirin həmkarı Sirociddin Muxriddinlə danışıqları nəzərdə tutulub. Rusiya XİN-in məlumatına görə, təmaslar zamanı tərəflər ikitərəfli münasibətləri, Moskva və Düşənbə arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə müttəfiqliyin inkişaf perspektivlərini müzakirə edəcək, beynəlxalq və regional, o cümlədən qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Lavrov Rusiya və Tacikistan arasında çoxtərəfli platformalarda, o cümlədən KTMT, MDB, ŞƏT, həmçinin BMT, ATƏT-də xarici siyasət koordinasiyasının dərinləşdirilməsinə xüsusi diqqət yetirməyi planlaşdırır. Rusiya Xarici İşlər Nazirliyi Lavrovun Rusiyanın ən böyük xarici hərbi obyekti olan 201-ci Rusiya hərbi bazasına səfər etmək planları barədə də məlumat verib. Baza Düşənbə və Boxtar şəhərlərində yerləşdirilib. Hərbi qulluqçuların sayı təxminən 7,5 min nəfərdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230707_171:0:2902:2048_1920x0_80_0_0_33ad41fc6687402cef36e71c9063cc19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, tacikistan, baza
sergey lavrov, tacikistan, baza
Sergey Lavrov Tacikistana gedib
Rusiya XİN rəhbəri Tacikistanda bu ölkənin rəhbərliyi ilə danışıqlar aparacaq və Rusiya bazasına baş çəkəcək.
BAKI, 5 iyun — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistanın paytaxtına gedib. Bu barədə RİA Novosti xəbər verir.
Rusiya XİN rəhbəri Tacikistanda bu ölkənin rəhbərliyi ilə danışıqlar aparacaq və Rusiya hərbi bazasına baş çəkəcək.
Rusiya Xarici İşlər Nazirliyindən daha əvvəl bildirilib ki, Lavrovun səfəri iyunun 5-6-da baş tutacaq, Tacikistanda olarkən rusiyalı nazirin prezident Emoməli Rəhmonla görüşü nəzərdə tutulub. Emoməli Rəhmon mayın əvvəlində Qələbə gününü qeyd etmək üçün Moskvaya gəlib və həmin ayın sonunda Tacikistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmamasına baxmayaraq Aİİ-nin sammitində videobağlantı vasitəsilə iştirak edib.
Bundan əlavə, Düşənbədə rusiyalı nazirin həmkarı Sirociddin Muxriddinlə danışıqları nəzərdə tutulub.
Rusiya XİN-in məlumatına görə, təmaslar zamanı tərəflər ikitərəfli münasibətləri, Moskva və Düşənbə arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə müttəfiqliyin inkişaf perspektivlərini müzakirə edəcək, beynəlxalq və regional, o cümlədən qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Lavrov Rusiya və Tacikistan arasında çoxtərəfli platformalarda, o cümlədən KTMT, MDB, ŞƏT, həmçinin BMT, ATƏT-də xarici siyasət koordinasiyasının dərinləşdirilməsinə xüsusi diqqət yetirməyi planlaşdırır.
Rusiya Xarici İşlər Nazirliyi Lavrovun Rusiyanın ən böyük xarici hərbi obyekti olan 201-ci Rusiya hərbi bazasına səfər etmək planları barədə də məlumat verib.
Baza Düşənbə və Boxtar şəhərlərində yerləşdirilib. Hərbi qulluqçuların sayı təxminən 7,5 min nəfərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.