Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ABŞ-dan konkret təkliflər gözləyir - Peskov

© Sputnik / Евгений ОдиноковRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 05.06.2023
Abunə olmaq
Kremlin sözçüsü jurnalistlərə açıqlamasında ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın ABŞ-ın Rusiya ilə ilkin şərt olmadan silahlara nəzarət üzrə dialoqa hazır olması barədə bəyanatını önəmli və müsbət adlandırıb.
BAKI, 5 iyun — Sputnik. Rusiya ABŞ-la silahlara nəzarət üzrə dialoqa açıqdır, Moskva diplomatik kanallar vasitəsilə Vaşinqtondan konkret təkliflər gözləyir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü jurnalistlərə açıqlamasında ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın ABŞ-ın Rusiya ilə ilkin şərt olmadan silahlara nəzarət üzrə dialoqa hazır olması barədə bəyanatını önəmli və müsbət adlandırıb.

"Əlbəttə, biz bunun diplomatik kanallar vasitəsilə de-fakto addımlarla dəstəklənəcəyini gözləyirik. Bundan sonra təklif olunan dialoq formatlarını nəzərdən keçirmək mümkün olacaq. Rusiya Federasiyası dialoqa açıq olaraq qalır, biz bunu son dərəcə vacib hesab edirik, bunu etməliyik", - deyə Peskov bildirib.

"Əlbəttə, belə mühüm və həssas məsələlərdə, xüsusən də ikitərəfli münasibətlərimizdə kəskin qarşılıqlı etimad çatışmazlığı hiss etdiyimiz zaman mətbuatda gedən bəyanatlara etibar etmək çox çətindir", - o əlavə edib.
Bundan əvvəl Sallivan bəyan edib ki, Vaşinqton Moskva və Pekinlə ilkin şərt olmadan silahlara nəzarət üzrə ikitərəfli danışıqlara hazırdır. O qeyd edib ki, ilkin şərtlər olmadan ifadəsi ABŞ-ın nüvə güclərini ehtiyatsız davranışa görə məsuliyyətə cəlb etməyəcəyi demək deyil.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə qeyd edib ki, Sallivanın bəyanatı ABŞ-ın mövqeyini beynəlxalq ictimaiyyət üçün əslində formalaşdığından daha cəlbedici formada təqdim etmək cəhdidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0