Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna hərbçilərinin məntəqəsi TOS vasitəsilə məhv edilib

© Sputnik / Максим Блинов / Mediabanka keçidTOS
TOS - Sputnik Azərbaycan, 1920, 04.06.2023
Abunə olmaq
Jurnalist David Hambling aprel ayında Rusiya ağır odsaçan artilleriya sistemlərini işə salmamışdan əvvəl Ukrayna Silahlı Qüvvələrinə TOS-u məhv etməyi tövsiyə edib.
BAKI, 4 iyun - Sputnik. Rusiya Silahlı Qüvvələri (RSQ) "Solntsepek" ağır odsaçan artilleriya sistemlərinin (TOS) köməyi ilə Ukrayna Silahlı Qüvvələrinin (USQ) Qulyaypolya yaxınlığındakı müvəqqəti yerləşdirmə məntəqəsini məhv ediblər.
Bu barədə “Vostok” qruplaşmasının mətbuat mərkəzinin rəhbəri, polkovnik-leytenant Oleq Çexov RİA Novosti-yə məlumat verib.
O, məhv edilmiş obyektin Qulyaypolya yaşayış məntəqəsinin ərazisində yerləşdiyini qeyd edib.
Rusiyanın hərbi eksperti, müharibə veteranı, ehtiyatda olan birinci dərəcəli kapitanı Vasili Dandıkin may ayında “Lente.ru”ya bildirib ki, “Solntsepek” düşmənin uğursuzcasına ovlamaq istədiyi unikal bir silahıdır. Bu yaylım atəşi sistemi təxminən altı kilometr məsafədə termobarik mərmiləri işə sala bilir ki, bu da partlayan zaman minlərlə dərəcə temperatur yaradır.
ABŞ-ın müdafiə eksperti, jurnalist David Hambling aprel ayında Rusiya ağır odsaçan artilleriya sistemlərini işə salmamışdan əvvəl Ukrayna Silahlı Qüvvələrinə TOS-u məhv etməyi tövsiyə edib.
“Bu sistemlə mübarizə aparmağın yeganə effektiv yolu onun işə salınmadan əvvəl yerini müəyyən etmək, tapmaq və məhv etməkdir”, - deyə ekspert deyib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xəbər lenti
0