https://sputnik.az/20230604/rusiya-mn-ukrayna-texribat-ve-kesfiyyat-qrupu-donetskde-mehv-edilib-455591844.html
Rusiya MN: Ukrayna təxribat və kəşfiyyat qrupu Donetskdə məhv edilib
Rusiya MN: Ukrayna təxribat və kəşfiyyat qrupu Donetskdə məhv edilib
Sputnik Azərbaycan
Rusiya hərbçiləri iyunun 1-də Luqanskda Kremennaya yaşayış məntəqəsi ərazisində ukraynalı təxribatçıların hərəkətlərinin qarşısını alıblar. 04.06.2023, Sputnik Azərbaycan
2023-06-04T23:40+0400
2023-06-04T23:40+0400
2023-06-04T23:44+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
rusiya müdafiə nazirliyi
donetsk
kəşfiyyat
təxribat
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452214959_0:160:3072:1888_1920x0_80_0_0_60c9fe7f35ef1e5f660404cd337b6bc9.jpg
BAKI, 4 iyun - Sputnik. Rusiya Silahlı Qüvvələri (RSQ) Ukraynanın təxribat və kəşfiyyat qrupunu məhv ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi iyunun 4-də məlumat verib. Nazirliyin məlumatına görə, Ukraynanın təxribat və kəşfiyyat qrupu Donetskin Qriqorovka kəndi ərazisində məhv edilib. Digər məsələlərlə yanaşı, Xarkov vilayətinin Berestovoye, Luqanskın Rozovka, Novoselovskoye və Donetskin Liman qəsəbələri ərazilərində dörd Ukrayna təxribat və kəşfiyyat qrupunun fəaliyyətinin qarşısı alınıb. İyunun 3-də Xarkov vilayətində Ukraynanın iki təxribat və kəşfiyyat qrupunun fəaliyyətinin qarşısı alınıb. Bundan başqa, bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin (USQ) bir tankı, bir avtomobili, həmçinin “Qrad” reaktiv yaylım atəşi sisteminin iki döyüş maşını məhv edilib. Rusiya hərbçiləri iyunun 1-də Luqanskda Kremennaya yaşayış məntəqəsi ərazisində ukraynalı təxribatçıların hərəkətlərinin qarşısını alıblar. Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452214959_171:0:2902:2048_1920x0_80_0_0_59277336ef61057802dc234c43af29de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, xüsusi hərbi əməliyyat, rusiya müdafiə nazirliyi, donetsk, kəşfiyyat, təxribat
ukrayna, xüsusi hərbi əməliyyat, rusiya müdafiə nazirliyi, donetsk, kəşfiyyat, təxribat
Rusiya MN: Ukrayna təxribat və kəşfiyyat qrupu Donetskdə məhv edilib
23:40 04.06.2023 (Yenilənib: 23:44 04.06.2023) Rusiya hərbçiləri iyunun 1-də Luqanskda Kremennaya yaşayış məntəqəsi ərazisində ukraynalı təxribatçıların hərəkətlərinin qarşısını alıblar.
BAKI, 4 iyun - Sputnik. Rusiya Silahlı Qüvvələri (RSQ) Ukraynanın təxribat və kəşfiyyat qrupunu məhv ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyi iyunun 4-də məlumat verib.
Nazirliyin məlumatına görə, Ukraynanın təxribat və kəşfiyyat qrupu Donetskin Qriqorovka kəndi ərazisində məhv edilib. Digər məsələlərlə yanaşı, Xarkov vilayətinin Berestovoye, Luqanskın Rozovka, Novoselovskoye və Donetskin Liman qəsəbələri ərazilərində dörd Ukrayna təxribat və kəşfiyyat qrupunun fəaliyyətinin qarşısı alınıb.
İyunun 3-də Xarkov vilayətində Ukraynanın iki təxribat və kəşfiyyat qrupunun fəaliyyətinin qarşısı alınıb. Bundan başqa, bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin (USQ) bir tankı, bir avtomobili, həmçinin “Qrad” reaktiv yaylım atəşi sisteminin iki döyüş maşını məhv edilib.
Rusiya hərbçiləri iyunun 1-də Luqanskda Kremennaya yaşayış məntəqəsi ərazisində ukraynalı təxribatçıların hərəkətlərinin qarşısını alıblar.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.