https://sputnik.az/20230604/rusiya-avropada-erzaq-qiymetlerinin-ucuzlasmasina-gore-yegane-olke-olub-455591009.html
Rusiya Avropada ərzaq qiymətlərinin ucuzlaşmasına görə yeganə ölkə olub
Rusiya Avropada ərzaq qiymətlərinin ucuzlaşmasına görə yeganə ölkə olub
Sputnik Azərbaycan
Rusiya Federasiyasında deflyasiya 0,22% təşkil edib. 04.06.2023, Sputnik Azərbaycan
2023-06-04T18:35+0400
2023-06-04T18:35+0400
2023-06-04T18:36+0400
rusiya
ərzaq
ərzaq məhsulları
avropa
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426705895_0:1:1012:570_1920x0_80_0_0_29a14b3fc4dca1fc8258f4070cbf0512.jpg
BAKI, 4 iyun - Sputnik. Rusiya bu ilin aprelində ərzaq qiymətlərinin ucuzlaşması ilə Avropa ölkələri arasında yeganə ölkə olub. İllik hesablamada Rusiya Federasiyasında deflyasiya 0,22% təşkil edib. Bu barədə RİA Novosti informasiya agentliyi məlumat verib. Qeyd olunur ki, Rusiyada bundan əvvəl yalnız bir dəfə deflyasiya müşahidə olunub: 2018-ci ilin iyununda o zaman bu göstərici 0,42% olub. Agentliyin hesablamalarına əsasən, bir çox Avropa ölkələrində, ən çox da Çexiyada, eləcə də Bosniya və Herseqovinada inflyasiya yavaşlayıb. Bu ölkələrdə azalma 6,2% olub. Apreldə Avropa ölkələri arasında ən aşağı inflyasiya İsveçrədə qeydə alınıb. Bu dövlətdə məhsulların maya dəyəri 5,4% artıb. Belarusda inflyasiyanın artımı 6,1%, Kiprdə 6,7%, Albaniyada isə 9,6% təşkil edib. Aprel ayının nəticələrinə görə, ərzaq qiymətləri ən çox Macarıstanda - 39%, Slovakiyada - 25,4%, Estoniyada - 23,4%, Serbiyada - 23,1%, Ukraynada - 22,2%, Litvada - 21,9%, o cümlədən Latviyada - 20,2% bahalaşıb. “KP.RU” saytı bu yaxınlarda yazıb ki, 2023-cü ilin martında Rusiyada illik inflyasiyanın artım tempi nəzərəçarpacaq dərəcədə yavaşlayıb. Əgər fevralda bu göstərici 10,99% idisə, martda 3,51% təşkil edib. Ay ərzində ölkədə orta hesabla qiymətlər 0,37% bahalaşıb. Ərzaq məhsulları fevral ayı ilə müqayisədə 0,14%, 2022-ci ilin mart ayı ilə müqayisədə isə cəmi 0,12% bahalaşıb. Bu yaxınlarda Rusiya Baş naziri Mixail Mişustin bu ölkədə inflyasiya səviyyəsinin bütün Avropa ölkələri arasında ən aşağı olduğunu söyləyib. O bildirib ki, mayın əvvəlində bu göstərici illik ifadədə 2,3% təşkil edib. https://www.kp.ru/online/news/5300099/
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426705895_97:0:857:570_1920x0_80_0_0_2ee0881bf4dbe9a35466880cdf2e355c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərzaq, ərzaq məhsulları, avropa
ərzaq, ərzaq məhsulları, avropa
Rusiya Avropada ərzaq qiymətlərinin ucuzlaşmasına görə yeganə ölkə olub
18:35 04.06.2023 (Yenilənib: 18:36 04.06.2023) Rusiya Federasiyasında deflyasiya 0,22% təşkil edib.
BAKI, 4 iyun - Sputnik. Rusiya bu ilin aprelində ərzaq qiymətlərinin ucuzlaşması ilə Avropa ölkələri arasında yeganə ölkə olub. İllik hesablamada Rusiya Federasiyasında deflyasiya 0,22% təşkil edib.
Bu barədə RİA Novosti informasiya agentliyi məlumat verib.
Qeyd olunur ki, Rusiyada bundan əvvəl yalnız bir dəfə deflyasiya müşahidə olunub: 2018-ci ilin iyununda o zaman bu göstərici 0,42% olub.
Agentliyin hesablamalarına əsasən, bir çox Avropa ölkələrində, ən çox da Çexiyada, eləcə də Bosniya və Herseqovinada inflyasiya yavaşlayıb. Bu ölkələrdə azalma 6,2% olub.
Apreldə Avropa ölkələri arasında ən aşağı inflyasiya İsveçrədə qeydə alınıb. Bu dövlətdə məhsulların maya dəyəri 5,4% artıb. Belarusda inflyasiyanın artımı 6,1%, Kiprdə 6,7%, Albaniyada isə 9,6% təşkil edib.
Aprel ayının nəticələrinə görə, ərzaq qiymətləri ən çox Macarıstanda - 39%, Slovakiyada - 25,4%, Estoniyada - 23,4%, Serbiyada - 23,1%, Ukraynada - 22,2%, Litvada - 21,9%, o cümlədən Latviyada - 20,2% bahalaşıb.
“KP.RU” saytı bu yaxınlarda yazıb ki, 2023-cü ilin martında Rusiyada illik inflyasiyanın artım tempi nəzərəçarpacaq dərəcədə yavaşlayıb. Əgər fevralda bu göstərici 10,99% idisə, martda 3,51% təşkil edib. Ay ərzində ölkədə orta hesabla qiymətlər 0,37% bahalaşıb. Ərzaq məhsulları fevral ayı ilə müqayisədə 0,14%, 2022-ci ilin mart ayı ilə müqayisədə isə cəmi 0,12% bahalaşıb.
Bu yaxınlarda Rusiya Baş naziri Mixail Mişustin bu ölkədə inflyasiya səviyyəsinin bütün Avropa ölkələri arasında ən aşağı olduğunu söyləyib. O bildirib ki, mayın əvvəlində bu göstərici illik ifadədə 2,3% təşkil edib.
https://www.kp.ru/online/news/5300099/