https://sputnik.az/20230603/yol-polisi-20-yanvar-dairesi-ve-samaxinkada-reyd-kecirir--455549981.html
Yol polisi 20 Yanvar dairəsi və “Şamaxinka”da reyd keçirir
Yol polisi 20 Yanvar dairəsi və “Şamaxinka”da reyd keçirir
Sputnik Azərbaycan
Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərlinin dediyinə görə, əsas məqsəd həmin ərazidə bir sıra vacib nəqliyyat problemlərini həll etməkdir. 03.06.2023, Sputnik Azərbaycan
2023-06-03T10:54+0400
2023-06-03T10:54+0400
2023-06-03T12:02+0400
paytaxt xəbərləri
yol polisi
dövlət yol polisi idarəsi
bakı şəhər baş polis idarəsinin dövlət yol polisi idarəsi
https://cdnn1.img.sputnik.az/img/42425/97/424259708_0:93:3072:1821_1920x0_80_0_0_829ca7ddb51788b2d650ee9f4475b063.jpg
BAKI, 3 iyun - Sputnik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Dövlət Yerüstü Nəqliyyat Agentliyi 20 Yanvar dairəsi və “Şamaxinka” adlanan istiqamətində nəzərat-profilaktik tədbirlər həyata keçirir.Bu barədə Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.Onun sözlərinə görə, tədbirlərin görülməsində əsas məqsəd həmin ərazidə bir sıra vacib nəqliyyat problemlərini həll etməkdir:“Şimal qapısından şəhərə daxil olan nəqliyyat axınının düzgün idarə olunması və nəqliyyatın fasiləsizliyinə eləcə də təhlükəsizliyinə xələl gətirən halların aradan qaldırılması üçün birlikdə zəruri tədbirlər başlanılıb. Ərazidəki problemləri birlikdə təhlil etdikdən sonra görüləcək işlər həm də sərnişinlərin nəqliyyat ehtiyaclarını düzgün planlaşdırmağa kömək edəcək. Bu tədbirlər davamlı şəkildə keçiriləcək.Nəticədə qanunsuz sərnişindaşımaların, həmin şəxslərin yolların hərəkət istiqamətini zəbt etməsinin və dayanma-durma qaydalarının pozulmasının qarşısı alınacaq. Bundan əlavə, gündəlik şəhərdaxili marşrutları icra edən ictimai nəqliyyatın infrastrukturuna problem yaradanlara və eləcə də, şəhərlərarası daşımaları qanunsuz həyata keçirənlərə qarşı da tədbirlər nəzərdə tutulub”.Araz Əsgərli onu da qeyd edib ki, əsas hədəf 20 yanvar dairəsi ətrafından Sumqayıt, Xırdalan şəhərləri və müxtəlif qəsəbələrə qeyri-qanuni sərnişin daşınması ilə məşğul olanların Avtovağzal metrostansiyası və Avtovağzal nəqliyyat mübadilə mərkəzinə yönəldirilərək ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılmasıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42425/97/424259708_341:0:3072:2048_1920x0_80_0_0_ecfc7657d62a3ad7807aa06f2e5659d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yol polisi, dövlət yol polisi idarəsi, bakı şəhər baş polis idarəsinin dövlət yol polisi idarəsi
yol polisi, dövlət yol polisi idarəsi, bakı şəhər baş polis idarəsinin dövlət yol polisi idarəsi
Yol polisi 20 Yanvar dairəsi və “Şamaxinka”da reyd keçirir
10:54 03.06.2023 (Yenilənib: 12:02 03.06.2023) Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərlinin dediyinə görə, əsas məqsəd həmin ərazidə bir sıra vacib nəqliyyat problemlərini həll etməkdir.
BAKI, 3 iyun - Sputnik. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Dövlət Yerüstü Nəqliyyat Agentliyi 20 Yanvar dairəsi və “Şamaxinka” adlanan istiqamətində nəzərat-profilaktik tədbirlər həyata keçirir.
Bu barədə Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, tədbirlərin görülməsində əsas məqsəd həmin ərazidə bir sıra vacib nəqliyyat problemlərini həll etməkdir:
“Şimal qapısından şəhərə daxil olan nəqliyyat axınının düzgün idarə olunması və nəqliyyatın fasiləsizliyinə eləcə də təhlükəsizliyinə xələl gətirən halların aradan qaldırılması üçün birlikdə zəruri tədbirlər başlanılıb. Ərazidəki problemləri birlikdə təhlil etdikdən sonra görüləcək işlər həm də sərnişinlərin nəqliyyat ehtiyaclarını düzgün planlaşdırmağa kömək edəcək. Bu tədbirlər davamlı şəkildə keçiriləcək.
Nəticədə qanunsuz sərnişindaşımaların, həmin şəxslərin yolların hərəkət istiqamətini zəbt etməsinin və dayanma-durma qaydalarının pozulmasının qarşısı alınacaq. Bundan əlavə, gündəlik şəhərdaxili marşrutları icra edən ictimai nəqliyyatın infrastrukturuna problem yaradanlara və eləcə də, şəhərlərarası daşımaları qanunsuz həyata keçirənlərə qarşı da tədbirlər nəzərdə tutulub”.
Araz Əsgərli onu da qeyd edib ki, əsas hədəf 20 yanvar dairəsi ətrafından Sumqayıt, Xırdalan şəhərləri və müxtəlif qəsəbələrə qeyri-qanuni sərnişin daşınması ilə məşğul olanların Avtovağzal metrostansiyası və Avtovağzal nəqliyyat mübadilə mərkəzinə yönəldirilərək ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.