Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin Putinin Ərdoğana təbrikini çatdırıb

© AP Photo / Ali UnalRəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 03.06.2023
Abunə olmaq
Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gələn xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüş zamanı Volodinlə Ərdoğan arasında qısa söhbət olub.
BAKI, 3 iyun - Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rəcəb Tayyib Ərdoğana Rusiya Prezidenti Vladimir Putinin səmimi salamlarını və onun prezidentlik səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbriklərini çatdırıb.
Bu barədə Rusiya Federasiyası Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.
“Vyaçeslav Volodin Rəcəb Tayyib Ərdoğana Vladimir Putinin səmimi salamlarını və prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbriklərini çatdırıb”, - Dövlət Dumasının mətbuat xidmətindən bildirilib.
Volodinlə Ərdoğan arasında qısa söhbətin olduğu da qeyd edilir. Söhbət Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gələn xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə baş tutub.
Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Böyük Millət Məclisində andiçmə mərasimi keçirilib.
Sonra R.T.Ərdoğan ölkənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
Ziyarətin ardından Ərdoğanın prezidentlik səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.
Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə növbəti 5 il üçün prezident seçilib.
Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri olub.
2014 və 2018-ci illərdə dövlət başçısı seçilib.
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb - Sputnik Azərbaycan, 1920, 03.06.2023
DÜNYA XƏBƏRLƏRİ
Türkiyə və Rusiyanın parlament spikerləri Ankarada görüşüblər
Xəbər lenti
0