Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada uşaqlara Azərbaycanın xalq nağıllarını oxuyublar

© Photo : REPORTMoskvada RAGB fəalları uşaqlara Azərbaycan xalq nağılları oxuyublar
Moskvada RAGB fəalları uşaqlara Azərbaycan xalq nağılları oxuyublar - Sputnik Azərbaycan, 1920, 03.06.2023
Abunə olmaq
Balaca qonaqlara Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın illüstrasiyaları ilə Azərbaycan xalq nağılları təqdim olunub.
BAKI, 3 iyun - Sputnik. Moskvada Etnoqrafiya kitabxanasında Uşaqlar Günü münasibətilə kitabxananın kiçik ziyarətçilərinə və onların valideynlərinə Azərbaycan xalq nağılları danışılıb.
Tədbir Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkil olunub.
Şənliyin qonaqları animatorlarla oynayıb, milli Azərbaycan şirniyyatlarından dadıb, Azərbaycanın milli musiqi alətlərinə, saxsı və çəkic məmulatlarının ekspozisiyasına baxıblar.
Həmçinin balaca qonaqlara Heydər Əliyev Fondununu vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın illüstrasiyaları ilə Azərbaycan xalq nağılları təqdim olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0