https://sputnik.az/20230602/ukrayna-munaqisesinin-terefleri-danisiqlarda-cetinliklerle-uzlesirler---xususi-numayende-455526818.html
Ukrayna münaqişəsinin tərəfləri danışıqlarda çətinliklərlə üzləşirlər - Xüsusi nümayəndə
Ukrayna münaqişəsinin tərəfləri danışıqlarda çətinliklərlə üzləşirlər - Xüsusi nümayəndə
Sputnik Azərbaycan
Ötən həftə Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Avropa turunu başa vurub, bu səfər zamanı Ukrayna, Polşa, Fransa, Almaniya, Belçika və... 02.06.2023, Sputnik Azərbaycan
2023-06-02T14:49+0400
2023-06-02T14:49+0400
2023-06-02T14:56+0400
ukrayna hökuməti
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi nümayəndə
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443330081_0:0:3276:1844_1920x0_80_0_0_e402376f1c701fd548b78cc7ad645936.jpg
BAKI, 2 iyun — Sputnik. Bu gün Ukrayna münaqişəsinin tərəfləri danışıqlarda çətinliklərlə üzləşirlər, lakin onlar üçün şərait yaratmaq vacibdir, Çin bunu etməyə hazırdır. Bunu Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Avropa turunun yekunları üzrə mətbuat konfransında bildirib. Ötən həftə Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Avropa turunu başa vurub, bu səfər zamanı Ukrayna, Polşa, Fransa, Almaniya, Belçika və Rusiyaya səfər edib. Burada Ukrayna böhranının siyasi həlli üçün Çinin sülh təşəbbüsünü müzakirə edib. Fevralda Çin hakimiyyəti Moskva ilə Kiyev arasında münaqişənin həlli üçün öz planını təklif etmişdi. Çinin atəşkəs çağırışları, təhlükəsizlik sahəsində bütün ölkələrin qanuni maraqlarına hörmət, Ukraynada humanitar böhranın həlli də daxil olmaqla 12 bənddən ibarətdir. Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Li Hui Çinin Rusiya da daxil olmaqla Ukrayna böhranı ilə bağlı bütün tərəflərlə dialoqu gücləndirəcəyini və bunun siyasi yolla həlli üçün real səylər göstərəcəyini bildirib. Çin nümayəndəsi həmçinin qeyd edib ki, Ukrayna böhranı məsələsində Çin həmişə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əməl edib, obyektiv və ədalətli mövqedən çıxış edib, sülh və sülh danışıqlarına təkid edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443330081_545:0:3276:2048_1920x0_80_0_0_adcdf06e7eb5803add2a6addd72b614e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna hökuməti, xüsusi nümayəndə
ukrayna hökuməti, xüsusi nümayəndə
Ukrayna münaqişəsinin tərəfləri danışıqlarda çətinliklərlə üzləşirlər - Xüsusi nümayəndə
14:49 02.06.2023 (Yenilənib: 14:56 02.06.2023) Ötən həftə Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Avropa turunu başa vurub, bu səfər zamanı Ukrayna, Polşa, Fransa, Almaniya, Belçika və Rusiyaya səfər edib.
BAKI, 2 iyun — Sputnik. Bu gün Ukrayna münaqişəsinin tərəfləri danışıqlarda çətinliklərlə üzləşirlər, lakin onlar üçün şərait yaratmaq vacibdir, Çin bunu etməyə hazırdır. Bunu Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Avropa turunun yekunları üzrə mətbuat konfransında bildirib.
"Bu gün Ukrayna münaqişəsinin tərəfləri hələ də danışıqlar masası arxasına əyləşməkdə çətinliklərlə üzləşirlər, lakin ortaq məxrəcə gətirəcək nəsə olmalıdır. Çin deeskalasiyanı və danışıqları təşviq etməyə hazırdır", - Li Hui bildirib.
Ötən həftə Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Avropa turunu başa vurub, bu səfər zamanı Ukrayna, Polşa, Fransa, Almaniya, Belçika və Rusiyaya səfər edib. Burada Ukrayna böhranının siyasi həlli üçün Çinin sülh təşəbbüsünü müzakirə edib. Fevralda Çin hakimiyyəti Moskva ilə Kiyev arasında münaqişənin həlli üçün öz planını təklif etmişdi. Çinin atəşkəs çağırışları, təhlükəsizlik sahəsində bütün ölkələrin qanuni maraqlarına hörmət, Ukraynada humanitar böhranın həlli də daxil olmaqla 12 bənddən ibarətdir.
Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Li Hui Çinin Rusiya da daxil olmaqla Ukrayna böhranı ilə bağlı bütün tərəflərlə dialoqu gücləndirəcəyini və bunun siyasi yolla həlli üçün real səylər göstərəcəyini bildirib. Çin nümayəndəsi həmçinin qeyd edib ki, Ukrayna böhranı məsələsində Çin həmişə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əməl edib, obyektiv və ədalətli mövqedən çıxış edib, sülh və sülh danışıqlarına təkid edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.