https://sputnik.az/20230602/rusiyanin-milli-tehlukesizlikle-bagli-narahatliqlari-nezere-alinmalidir-455520284.html
"Rusiyanın milli təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınmalıdır"
"Rusiyanın milli təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınmalıdır"
Sputnik Azərbaycan
Braziliyalı diplomat Birinci Dünya müharibəsindən sonra Almaniyadakı vəziyyəti xatırlayıb: "məqsəd Versal müqaviləsində Almaniyanı zəiflətmək idi və bunun nəyə... 02.06.2023, Sputnik Azərbaycan
2023-06-02T10:48+0400
2023-06-02T10:48+0400
2023-06-02T10:58+0400
rusiya
rusiya
braziliya
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446837039_0:160:3072:1888_1920x0_80_0_0_d8c0f75256519f210bc1194e5e6cd0e9.jpg
BAKI, 2 iyun — Sputnik. Braziliya Qərbin Rusiyanı zəiflətmək cəhdlərindən narahatdır, çünki bu, daha böyük münaqişəyə səbəb olacaq. Bunu Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Selso Amorim "Financial Times" qəzetinə bildirib. Amorim deyib ki, Braziliya üçüncü dünya müharibəsini istəmir:Onun fikrincə, Rusiyanın milli təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınmalıdır. "Biz vəziyyəti son il yarıma əsasən qiymətləndirə bilmərik. Bu, onilliklərin gətirib çıxardığı vəziyyətidir. Bu, Ukraynanın da günahı deyil. Ukrayna qurbandır, Soyuq Müharibə qalıqlarının qurbanıdır", - Amorim deyib. Onun fikrincə, sülh istəyirsənsə, region ölkələrinin bütün narahatlıqları nəzərə alınmalıdır. Braziliya Prezidenti Luiz İnasio Lula da Silva daha əvvəl demişdi ki, ABŞ və Avropa münaqişəni təşviq etməkdənsə, Ukraynada nizamlanmanın əldə edilməsi haqqında danışmağa başlamalıdır. O, Ukraynadakı münaqişəyə cəlb olunmayan ölkələri nizamlama üzrə danışıqların irəliləyişinə görə məsuliyyəti öz üzərinə götürməyə, habelə bu münaqişənin sona çatması üçün Rusiyaya minimum şərtlər təqdim etməyə çağırıb. Bundan əlavə, Lula da Silva Ukraynadakı vəziyyəti müzakirə etmək üçün G20-yə oxşar format yaratmağı təklif edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446837039_171:0:2902:2048_1920x0_80_0_0_8a743dba9bca0015fb65f4a921928af7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, braziliya
"Rusiyanın milli təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınmalıdır"
10:48 02.06.2023 (Yenilənib: 10:58 02.06.2023) Braziliyalı diplomat Birinci Dünya müharibəsindən sonra Almaniyadakı vəziyyəti xatırlayıb: "məqsəd Versal müqaviləsində Almaniyanı zəiflətmək idi və bunun nəyə gətirib çıxardığını bilirik".
BAKI, 2 iyun — Sputnik. Braziliya Qərbin Rusiyanı zəiflətmək cəhdlərindən narahatdır, çünki bu, daha böyük münaqişəyə səbəb olacaq. Bunu Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Selso Amorim "Financial Times" qəzetinə bildirib.
Amorim deyib ki, Braziliya üçüncü dünya müharibəsini istəmir:
"Hətta bizdə olmasa belə, yeni soyuq müharibə istəmirik. Birinci Dünya müharibəsindən sonra Almaniyadakı vəziyyəti xatırlayıram: məqsəd Versal müqaviləsində Almaniyanı zəiflətmək idi və bunun nəyə gətirib çıxardığını bilirik".
Onun fikrincə, Rusiyanın milli təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınmalıdır.
"Biz vəziyyəti son il yarıma əsasən qiymətləndirə bilmərik. Bu, onilliklərin gətirib çıxardığı vəziyyətidir. Bu, Ukraynanın da günahı deyil. Ukrayna qurbandır, Soyuq Müharibə qalıqlarının qurbanıdır", - Amorim deyib.
Onun fikrincə, sülh istəyirsənsə, region ölkələrinin bütün narahatlıqları nəzərə alınmalıdır.
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva daha əvvəl demişdi ki, ABŞ və Avropa münaqişəni təşviq etməkdənsə, Ukraynada nizamlanmanın əldə edilməsi haqqında danışmağa başlamalıdır. O, Ukraynadakı münaqişəyə cəlb olunmayan ölkələri nizamlama üzrə danışıqların irəliləyişinə görə məsuliyyəti öz üzərinə götürməyə, habelə bu münaqişənin sona çatması üçün Rusiyaya minimum şərtlər təqdim etməyə çağırıb. Bundan əlavə, Lula da Silva Ukraynadakı vəziyyəti müzakirə etmək üçün G20-yə oxşar format yaratmağı təklif edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.