https://sputnik.az/20230602/rfs-iyunun-7-de-ukrayna-ile-azov-denizi-uzre-emekdasliq-sazisinin-legvini-muzakire-edecek-455536624.html
RFŞ iyunun 7-də Ukrayna ilə Azov dənizi üzrə əməkdaşlıq sazişinin ləğvini müzakirə edəcək
RFŞ iyunun 7-də Ukrayna ilə Azov dənizi üzrə əməkdaşlıq sazişinin ləğvini müzakirə edəcək
Sputnik Azərbaycan
Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı Donetsk, Zaporojye və Xerson bölgələrinin bir sıra ərazilərinin azad edilməsindən sonra Ukrayna faktiki olaraq Azov... 02.06.2023, Sputnik Azərbaycan
2023-06-02T19:37+0400
2023-06-02T19:37+0400
2023-06-02T19:47+0400
rusiya
azov dənizi
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/08/05/444727356_0:160:3072:1888_1920x0_80_0_0_3a2578d0330db4ed782e5bea0f9a624c.jpg
BAKI, 2 iyun — Sputnik. Rusiya Federasiya Şurası (RFŞ) iyunun 7-də Ukrayna ilə Azov dənizi və Kerç boğazından istifadə sahəsində əməkdaşlıq haqqında sazişin ləğvi məsələsinə baxacaq. Bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına 2003-cü il dekabrın 24-də Kerçdə Azov dənizi və Kerç boğazından istifadə ilə bağlı Rusiya ilə Ukrayna arasında imzalanmış sazişin ləğvi barədə qanun layihəsi təqdim edib. 2003-cü ildə Rusiya və Ukrayna arasında Azov dənizi və Kerç boğazından istifadə sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bildirilib ki, zərurət yaranarsa, ölkələr akvatoriyanın dövlət sərhədi ilə möhkəmləndirilməsini müəyyən edən ayrıca saziş bağlayacaqlar. Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı Donetsk, Zaporojye və Xerson bölgələrinin bir sıra ərazilərinin azad edilməsindən sonra Ukrayna faktiki olaraq Azov dənizinə çıxışını itirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/05/444727356_171:0:2902:2048_1920x0_80_0_0_d57cc59fde63fe6c0c0d803780796f09.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azov dənizi, rusiya, ukrayna
azov dənizi, rusiya, ukrayna
RFŞ iyunun 7-də Ukrayna ilə Azov dənizi üzrə əməkdaşlıq sazişinin ləğvini müzakirə edəcək
19:37 02.06.2023 (Yenilənib: 19:47 02.06.2023) Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı Donetsk, Zaporojye və Xerson bölgələrinin bir sıra ərazilərinin azad edilməsindən sonra Ukrayna faktiki olaraq Azov dənizinə çıxışını itirib.
BAKI, 2 iyun — Sputnik. Rusiya Federasiya Şurası (RFŞ) iyunun 7-də Ukrayna ilə Azov dənizi və Kerç boğazından istifadə sahəsində əməkdaşlıq haqqında sazişin ləğvi məsələsinə baxacaq.
Bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına 2003-cü il dekabrın 24-də Kerçdə Azov dənizi və Kerç boğazından istifadə ilə bağlı Rusiya ilə Ukrayna arasında imzalanmış sazişin ləğvi barədə qanun layihəsi təqdim edib.
2003-cü ildə Rusiya və Ukrayna arasında Azov dənizi və Kerç boğazından istifadə sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bildirilib ki, zərurət yaranarsa, ölkələr akvatoriyanın dövlət sərhədi ilə möhkəmləndirilməsini müəyyən edən ayrıca saziş bağlayacaqlar.
Rusiyanın xüsusi hərbi əməliyyatı zamanı Donetsk, Zaporojye və Xerson bölgələrinin bir sıra ərazilərinin azad edilməsindən sonra Ukrayna faktiki olaraq Azov dənizinə çıxışını itirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.