Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada Rusiya-Azərbaycan-Ermənistan Üçtərəfli İşçi Qrupun iclası keçirilir

© Mark Wilson / Getty Images / AFPməmur
məmur - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Abunə olmaq
Moskvada dövlət başçılarının tapşırığına uyğun olaraq Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinlərinin işinə başlayıb.
BAKI, 2 iyun — Sputnik. Moskvada Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun iclası başlayıb.
Bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Matveyev bildirib.

"Moskvada dövlət başçılarının tapşırığına uyğun olaraq Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryanın və Rusiya Baş nazirin müavini Aleksey Overçukun birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrup öz işinə başlayıb", - Matveyev vurğulayıb.

Xatırladaq ki, mayın 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0