Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada keçirilən "Qızıl meydan" kitab festivalında Ərdoğanın kitabı təqdim olunub

© AFP 2023 / ADEM ALTANTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Abunə olmaq
Açıq havada keçirilən sərgiyə gələnlər də stendin yanında dayanaraq kitabla maraqlanıblar.
BAKI, 2 iyun — Sputnik. Moskvada keçirilən "Qızıl meydan" IX kitab festivalında Türkiyə Prezidenti Tayyib Ərdoğanın BMT islahatlarına həsr olunmuş kitabını təqdim edib. Bu barədə "RİA Novosti" xəbər yayıb.
"Daha ədalətli dünya mümkündür! Birləşmiş Millətlər Təşkilatının islahatı ilə bağlı aktual təklif" əsəri "Prospekt" nəşriyyatı tərəfindən 2 min tirajla buraxılıb.
Əsər ümumi həcmi təxminən 200 səhifə olan iki cilddən ibarətdir. Burada mündəricata uyğun olaraq müəllif dünya siyasətinin həll olunmamış problemlərinə, BMT-nin səmərəliliyinə və funksionallığına toxunur, həmçinin təşkilatda islahatların aparılması yollarını təklif edir.
Sərgidə Türkiyənin səfiri Mehmet Samsar da iştirak edib.
Açıq havada keçirilən sərgiyə gələnlər də stendin yanında dayanaraq kitabla maraqlanıblar: bəziləri kitabı sadəcə vərəqləyiblər, bəzi ziyarətçilər isə stendin yanında daha uzun müddət yubanıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0