Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Metro vaqonlarında oturacaqların sayı azala bilər?

Metro - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Abunə olmaq
Bəzi ölkələrdə də istər yerüstü, istərsə də yeraltı qatarlarda oturacaq sayının azaldılması nəticəsində vaqonların sərnişin tutumu artırılıb. Azərbaycanda bunu tətbiq etmək olarmı?
BAKI, 2 iyun — Sputnik. Vaqonlarda oturacaqların sayını azaltmaqla sərnişin tutumunu 20 faizdən çox artırmaq olar. Bu daha az xərc tələb edən optimal və tez nəticə verən həlldir. Vaxtilə dünyanın bir çox iri şəhərlərdə bu təcrübədən isitfadə olunub. Bunu nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.
Onun sözlərinə görə, bəzi ölkələrdə istər yerüstü, istərsə də yeraltı qatarlarda belə dəyişiklik tətbiq edilib və nəticədə vaqonların sərnişin tutumu artırılıb. Hər vaqonda 15 oturacağı götürməklə daha çox sərnişin vaxtında mənzil başına çatmış olub. Hətta Avstraliyada da bu təcrübədən istifadə etməklə vaqonların sərnişin tutumu artırılıb.
Nəqliyyat üzrə digər ekspert Eldəniz Cəfərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə bir addımın atılması absurddur:

"Metro xüsusi nəqliyyat vasitəsidir, onun özünün təhlükəsizliklə bağlı da müəyyən reqlamenti var. Sadəcə olaraq fikir verin, vəziyyət hansı həddədir, avtobusla sərnişindaşıma nə qədər bərbaddır ki, vəziyətdən çıxış yolu olaraq hər şey ictimai nəqliyyatın yalnız bir növü kimi metronun üzərinə atılır. Avtobus dayanacaqlarındakı "BakıKart" terminallarının yğışdırılması da metroya üstünlük verilməsini gücləndirir".

Onun sözlərinə görə, vəziyyətdən çıxış yolu kimi marşrut xəttinə buraxılan avtobusların sayı artırılmalıdır.
© Sputnik / Murad OrujovBakı metropoliteni, arxiv şəkli
Новая ветка Бакинского метрополитена - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Bakı metropoliteni, arxiv şəkli
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən isə məsələyə münasibət olaraq bildirilib ki, hazırda Bakı metropoliteni xətlərində 81.717/714 seriyalı köhnə, 81.760/761/763 və 81.765/766 seriyalı yeni nəsil vaqonlar istismar edilir:

"Hər bir metro vaqonunun sərnişindaşıma imkanları istehsalçı müəssisənin müəyyən etdiyi konstruktiv texniki xüsusiyyətlərə daxil olan məsələdir. 81.717 seriyalı vaqonlarda 42 oturacaq, 81.714 seriyalı vaqonlarda 48 oturacaq, 81.760 seriyalı vaqonlarda 38 oturacaq və 1 əlil arabası üçün yer, 81.761 seriyalı vaqonlarda 42 oturacaq, 81.765 seriyalı vaqonlarda 33 oturacaq və 1 əlil arabasi üçün yer, 81.766 seriyalı vaqonlarda isə 36 oturacaq quraşdırılıb".

Bildirilib ki, qatarların sərnişin tutumu 81.717, 81.760 seriyalı vaqonlarda 308 nəfər, 81.765 seriyalı vaqonlarda 312, 81.714, 81.761 və 81.766 seriyalı vaqonlarda isə 330 nəfərdir:
"Bundan əlavə olaraq, yeni nəsil vaqonlarda vaqonlararası keçidlər, yüklərin daşınması üçün yerlər, habelə daxili interyerin təkmilləşdirilməsi hesabına texniki zonanın böyüdülməsi ilə sərnişin tutumunun artırılması təmin edilib".
Xüsusi olaraq qeyd edilib ki, 2019-cu ilin mart ayından istifadəyə verilən “Əlçatan metro” layihəsi çərçivəsində 81.717 seriyalı baş vaqonlara azmobilli sərnişinlərin daşınması üçün 3 oturacaq çıxarılmaqla əlil arabası üçün yerlər hazırlanıb. Hazırda Bakı metropoliteninin xətlərində olan bütün baş vaqonlar məhz bu tələblərə uyğunlaşdırılıb.

"Bakı metropoliteninin aprel ayı üzrə orta statistik gündəlik sərnişindaşıması 596 min 492 nəfər təşkil edib", - deyə verilən məlumatda bildirilib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakı Metropoliteninin Xocəsən  elektrik deposu və stansiyası - Sputnik Azərbaycan, 1920, 03.02.2023
RUSİYA
Bakı metropolitenində növbəti yeni qatar xəttə verilib
Xəbər lenti
0