Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Paşinyanın bəyanatına reaksiya verdi

© Sputnik / Сергей Гунеев / Mediabanka keçid Dmitri Peskov
 Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Ermənistanın Ukrayna münaqişəsinə yanaşmasında müəyyən nüanslar var.
BAKI, 2 iyun — Sputnik. Kreml Paşinyanın Ermənistanın Rusiyanın Ukrayna münaqişəsində müttəfiqi olmadığı barədə sözlərini nəzərə alır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz bilirik ki, bu mühüm bəyanatdır. Ermənistanın Ukrayna münaqişəsinə yanaşmasında müəyyən nüanslar var. Bununla belə, Moskva İrəvanla müttəfiqlik münasibətlərini inkişaf etdirməyə davam edəcək", - Kremlin sözçüsü vurğulayıb.

Ermənistan baş naziri Nikol Paşinyan "CNN primanews" telekanalına müsahibəsində deyib ki, Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyillər.
© AP PhotoNikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Nikol Paşinyan, arxiv şəkli
Onun sözlərinə görə, Qərbdə Ermənistanın Rusiyanın müttəfiqi olduğunun fərqinə varırlar, bunu daha çox sezirlər, Rusiyada isə görürlər ki, Ermənistan Ukraynadakı müharibədə onların müttəfiqi deyil.

"Və belə çıxır ki, biz bu vəziyyətdə heç kimin müttəfiqi deyilik. Görünür, bütün bu toqquşmalardan yayınmağın bir yolu var, amma həqiqət budur ki, vəziyyət nə qədər çətinləşsə, ondan yayınma ehtimalı da bir o qədər az olar", - Paşinyan vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0