https://sputnik.az/20230602/eks-hucum-ukrayna-ucun-qan-golmecesi-olacaq---orban-455523617.html
Əks-hücum Ukrayna üçün "qan gölməçəsi" olacaq - Orban
Əks-hücum Ukrayna üçün "qan gölməçəsi" olacaq - Orban
Sputnik Azərbaycan
Macarıstanın baş naziri bildirib ki, Ukraynanın əks-hücumuna başlamazdan əvvəl tərəfləri atəşkəs və sülh danışıqlarının zəruriliyinə inandırmaq üçün hər şeyi... 02.06.2023, Sputnik Azərbaycan
2023-06-02T12:02+0400
2023-06-02T12:02+0400
2023-06-02T12:02+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
viktor orban
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453260216_0:0:3072:1728_1920x0_80_0_0_41e61e19c475eac7c0b5249c8d99a5be.jpg
BAKI, 2 iyun — Sputnik. Əks-hücum Ukrayna üçün "qan gölməçəsi" olacaq, çünki hücum edən tərəf həmişə böyük itkilər verir, ona görə də hələ başlamamış onun qarşısı alınmalıdır. Bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib. "Ona görə də hesab edirəm ki, Ukrayna əks-hücuma başlamazdan əvvəl tərəfləri atəşkəs və sülh danışıqlarının zəruriliyinə inandırmaq üçün hər şeyi etmək lazımdır, əks halda, çoxlu insan həyatını itirəcək", - o əlavə edib. Münaqişə başlayandan Macarıstan ardıcıl olaraq Rusiyanın enerji resurslarına qarşı sanksiyalara və Ukraynaya silah göndərilməsinə qarşı çıxıb.2022-ci ilin martında Macarıstan parlamenti Ukraynaya ölkə ərazisindən silah tədarükünü qadağan edən fərman verib. Budapeşt etnik macarların yaşadığı Transkarpatiya ərazisinin təhlükəsizliyini təmin etməyə çalışır, çünki onun ərazisindən silah tədarükü qanuni hərbi hədəfə çevriləcək. Ölkə rəhbərliyi dəfələrlə vurğulayıb ki, Macarıstan sülh danışıqlarının tez başlamasının tərəfdarıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453260216_216:0:2947:2048_1920x0_80_0_0_68eba1f3bf64b43e157a662f4266f971.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
viktor orban, ukrayna
Əks-hücum Ukrayna üçün "qan gölməçəsi" olacaq - Orban
Macarıstanın baş naziri bildirib ki, Ukraynanın əks-hücumuna başlamazdan əvvəl tərəfləri atəşkəs və sülh danışıqlarının zəruriliyinə inandırmaq üçün hər şeyi etmək lazımdır.
BAKI, 2 iyun — Sputnik. Əks-hücum Ukrayna üçün "qan gölməçəsi" olacaq, çünki hücum edən tərəf həmişə böyük itkilər verir, ona görə də hələ başlamamış onun qarşısı alınmalıdır. Bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
"Mən özüm il yarım orduda xidmət etmişəm və hərbi akademiyanı bitirmədən öyrəndim ki, hücum edən tərəf müdafiə olunandan üç dəfə çox itki verir", - Orban deyib.
"Ona görə də hesab edirəm ki, Ukrayna əks-hücuma başlamazdan əvvəl tərəfləri atəşkəs və sülh danışıqlarının zəruriliyinə inandırmaq üçün hər şeyi etmək lazımdır, əks halda, çoxlu insan həyatını itirəcək", - o əlavə edib.
Münaqişə başlayandan Macarıstan ardıcıl olaraq Rusiyanın enerji resurslarına qarşı sanksiyalara və Ukraynaya silah göndərilməsinə qarşı çıxıb.
2022-ci ilin martında Macarıstan parlamenti Ukraynaya ölkə ərazisindən silah tədarükünü qadağan edən fərman verib. Budapeşt etnik macarların yaşadığı Transkarpatiya ərazisinin təhlükəsizliyini təmin etməyə çalışır, çünki onun ərazisindən silah tədarükü qanuni hərbi hədəfə çevriləcək. Ölkə rəhbərliyi dəfələrlə vurğulayıb ki, Macarıstan sülh danışıqlarının tez başlamasının tərəfdarıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.