Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bulvarda skuterlərin istifadəsinə qadağa qoyuldu - Rəsmi açıqlama - FOTO

© AFP 2024SKUTER
SKUTER - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Abunə olmaq
"Vinks" və "J-RUN" şirkətləri vətəndaşlara fəaliyyətlərini dayandırdıqları barədə ismarıc göndəriblər.
BAKI, 2 iyun — Sputnik. Bulvarda elektrik skuterlərinin fəaliyyəti dayandırılıb. Bu barədə vətəndaşlara "Vinks""J-RUN" şirkətləri ismarıc yollayır. "Vinks" şirkətindən vətəndaşlara göndərilən ismarıcda bildirilir:

"Polis reydləri ilə əlaqədar olaraq, məsələnin həllinə qədər müvafiq olaraq skuterlərimizin fəaliyyətini dayandırırıq. Xidmətin bərpası barədə məlumat veriləcək".

"J-RUN" şirkətinin mesajında isə belə qeyd edilir:

" Hörmətli sitidafəçilər! J-RUN Scooter Sharing müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bərpa haqqında sizə məlumat veriləcək".

Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli ilə əlaqə saxlayıb.
A.Əsgərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yol polisi skuterlərə qarşı xüsusi reydlərə başlamayıb. Bu, yol polisinin gündəlik iş planına daxil olan xidmətdir.
İdarə səlahiyyətlisi onu da bildirib ki, "Yol Hərəkəti Haqqında" qanunun 1-ci maddəsinin 26-cı bəndinin tələbinə əsasən skuterlər oxşar xüsusiyyətlərinə görə mopedlərə bərabər tutulur. Onların hərəkətinə dair tələblər həmin qanunun 46-cı maddəsində təsbit olunub:

"Yəni skuter idarə edən şəxslər də, skuteri idarə edərkən, mopedlərdə olduğu kimi, yolun sağ zolağı ilə, piyadalara, digər hərəkət iştirakçılarına mane olmadan öz marşrutları üzrə hərəkət edə bilərlər. Skuterlərin idarə edilməsi ilə bağlı ciddi problemlərdən biri odur ki, onu sürənlər başlarına dəbilqə geyinmirlər. Bundan əlavə, skuterlər yeni nəqliyyat vasitəsi olduğu üçün onu idarəedənlərin də peşəkarlığı aşağıdır. Yolda hərəkət edərkən piyada və avtomobillərə dəyirlər. Başlarında dəbilqə olmadığından travma alırlar. Biz həmin şəxslərə izah edirik ki, qanunda skuterlər mopedlərə bərabər hüquqlar verir. Skuteri əyləncə məqsədilə idarə edənlər bilməlidir ki, təhlükəsizlik əsas şərtdir".

© Sputnik / Irade JELILBakıda xüsusi rejimə nəzarət
Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Bakıda xüsusi rejimə nəzarət
A.Əsgərli həmçinin bildirib ki, skuter idarə edərkən dəbilqə taxmamağa görə cərimənin məbləği 40 manatdır. Həmsöhbətimizin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində skuter idarə edərkən qaydaların pozulmasına görə, 20-100 manat arası cərimə nəzərdə tutulub.
Yol Polisi rəsmisinin sözlərinə görə, moped və elektroskuter idarə edən şəxs spirtli içkinin təsiri altında olursa, buna görə 100 manat cərimə tətbiq edilir. O, qeyd edib ki, hər bir qayda pozuntusuna görə, cərimələr fərqlidir.

"Bulvarda, piyadalar üçün nəzərdə tutulan səkilərdə elektrik skuterlərinin idarə edilməsi qadağandır. Çünki elektrik skuterləri 40-50 kilometrə qədər sürət toplayır. Buna görə də haqlı şikayət ərizələri daxil olur ki, elektrik skuterlərini idarə edənlər bu nəqliyyat vasitələrini vətəndaşların üzərinə sürürlər", - deyə qurum səlahiyyətlidi bildirib.

A.Əsgərli həmçinin deyib ki, qanunla elektrik skuterlər 16-yaşdan aşağı uşaqlara verilməməlidir:

"On altı yaşdan yuxarı şəxslərə icarəyə verildikdə isə təhlükəsizlik təmin edilməlidir. Çox təəssüf ki, 10-12 yaşında uşaqlar da elektroskuterlər idarə edirlər".

Dənizkənarı Bulvar İdarəsindən isə məsələnin araşdırılacağını bildiriblər. Qurumun mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, skuterlərin bulvar ərazisində hərəkəti ilə bağlı çoxsaylı şikayətlər daxil olduğundan bu nəqliyyat vasitələrinin istifadəsinə dünəndən qadağa qoyulub:

"Bu qadağanın nə vaxt götürüləcəyi isə hələ məlum deyil".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0