https://sputnik.az/20230601/putin-usaqlarin-beynelxalq-mudafiesi-gunu-ile-bagli-tebrik-yayimlayib-455477367.html
Putin Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təbrik yayımlayıb
Putin Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təbrik yayımlayıb
Sputnik Azərbaycan
Rusiyada uşaqların tərbiyəsi və ailə dəyərlərinin möhkəmləndirilməsi məsələlərinə dövlət tərəfindən prioritet diqqət yetirilir. 01.06.2023, Sputnik Azərbaycan
2023-06-01T12:12+0400
2023-06-01T12:12+0400
2023-06-01T12:14+0400
putin
rusiya
1 iyun - uşaqların beynəlxalq müdafiəsi günü
rusiya prezidenti vladimir putin
vladimir putin
təbrik
uşaqlar
https://cdnn1.img.sputnik.az/img/07e7/05/19/455257362_0:0:3068:1727_1920x0_80_0_0_fa9bfc77bbc6f6e67f9f0dbc0eccf524.jpg
BAKI, 1 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrikində Rusiya Uşaq Fondunun xüsusi hərbi əməliyyatda iştirak edən əsgərlərin uşaqlarına və ailələrinə kömək etmək kimi yüksək missiyasını qeyd edib. "Rusiyada uşaqların tərbiyəsi və ailə dəyərlərinin möhkəmləndirilməsi məsələlərinə dövlət tərəfindən prioritet diqqət yetirilir. Rusiya Uşaq Fondu kimi nüfuzlu ictimai və xeyriyyə təşkilatlarının bu genişmiqyaslı problemlərin həllinə layiqli töhfə verməsi vacibdir", - prezidentin Kremlin saytında dərc olunmuş təbrik teleqramında deyilib. "Onun planları, ideyaları, layihələri çətin həyat şəraitində olan oğlan və qızlara dəstək olur, onların yaradıcı şəkildə özünü dərk etməsinə kömək edir. Əlbəttə, mən Fondun uşaqlara və əsgər ailələrinə kömək etmək kimi yüksək missiyasını xüsusi qeyd edirəm", - teleqramda deyilir. Dövlət başçısı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbirlərinin iştirakçılarını təbrik edib. "Sevindirici haldır ki, Rusiya Uşaq Fondunun təşəbbüsü ilə bu bayramı gözəl, zamanın sınağından çıxmış dostlarla qeyd etmək ənənəsi var. Və bu gün paytaxtımız yenidən böyük, bir-biri ilə sıx bağlı komandaları qarşılayır. Rusiyanın müxtəlif şəhərlərindən, qəsəbələrindən və yeni regionlarından olan uşaqlar, eləcə də MDB ölkələrinin nümayəndə heyətləri bura təşrif buyururlar", - Rusiya dövlətinin başçısı əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/19/455257362_279:0:3010:2048_1920x0_80_0_0_0cb7352ab746819fc577b9a49cd30bb8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, 1 iyun - uşaqların beynəlxalq müdafiəsi günü, rusiya prezidenti vladimir putin, vladimir putin, təbrik, uşaqlar
putin, 1 iyun - uşaqların beynəlxalq müdafiəsi günü, rusiya prezidenti vladimir putin, vladimir putin, təbrik, uşaqlar
Putin Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təbrik yayımlayıb
12:12 01.06.2023 (Yenilənib: 12:14 01.06.2023) Rusiyada uşaqların tərbiyəsi və ailə dəyərlərinin möhkəmləndirilməsi məsələlərinə dövlət tərəfindən prioritet diqqət yetirilir.
BAKI, 1 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrikində Rusiya Uşaq Fondunun xüsusi hərbi əməliyyatda iştirak edən əsgərlərin uşaqlarına və ailələrinə kömək etmək kimi yüksək missiyasını qeyd edib.
"Rusiyada uşaqların tərbiyəsi və ailə dəyərlərinin möhkəmləndirilməsi məsələlərinə dövlət tərəfindən prioritet diqqət yetirilir. Rusiya Uşaq Fondu kimi nüfuzlu ictimai və xeyriyyə təşkilatlarının bu genişmiqyaslı problemlərin həllinə layiqli töhfə verməsi vacibdir", - prezidentin Kremlin saytında dərc olunmuş təbrik teleqramında deyilib.
"Onun planları, ideyaları, layihələri çətin həyat şəraitində olan oğlan və qızlara dəstək olur, onların yaradıcı şəkildə özünü dərk etməsinə kömək edir. Əlbəttə, mən Fondun uşaqlara və əsgər ailələrinə kömək etmək kimi yüksək missiyasını xüsusi qeyd edirəm", - teleqramda deyilir.
Dövlət başçısı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbirlərinin iştirakçılarını təbrik edib.
"Sevindirici haldır ki, Rusiya Uşaq Fondunun təşəbbüsü ilə bu bayramı gözəl, zamanın sınağından çıxmış dostlarla qeyd etmək ənənəsi var. Və bu gün paytaxtımız yenidən böyük, bir-biri ilə sıx bağlı komandaları qarşılayır. Rusiyanın müxtəlif şəhərlərindən, qəsəbələrindən və yeni regionlarından olan uşaqlar, eləcə də MDB ölkələrinin nümayəndə heyətləri bura təşrif buyururlar", - Rusiya dövlətinin başçısı əlavə edib.