Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

MDB misli görünməmiş çağırışlarla üz-üzədir - Aleksandr Bortnikov

© Sputnik / Alexey Drujinin / Mediabanka keçid Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov
 Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov - Sputnik Azərbaycan, 1920, 01.06.2023
Abunə olmaq
Rusiya FTX-nin direktoru bildirib ki, Qərb dövlətləri MDB xalqları arasında ticarət-iqtisadi, mədəni və tarixi əlaqələri məhv etməyə cəhdlər edir.
BAKI, 1 iyun — Sputnik. MDB misli görünməmiş çağırışlar və təhlükələrlə üz-üzədir. BELTA-nın verdiyi məlumata görə, bunu Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov Minskdə MDB-yə üzv ölkələrin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının iclasında bildirib.
"Dünya köklü transformasiya ərəfəsindədir və Müstəqil Dövlətlər Birliyi görünməmiş çağırışlar və təhdidlərlə üz-üzədir. ABŞ, Böyük Britaniya və onların NATO müttəfiqləri açıq şəkildə postsovet məkanının parçalanması, dövlətlərimizin milli suverenliyinin faktiki olaraq aradan qaldırılması siyasətini həyata keçirirlər. Bu.Vaşinqton və Londonun MDB üzvü olan dövlətlərin daxili işlərinə birbaşa müdaxilədir", - Bortnikov bildirib.
O qeyd edib ki, Qərb dövlətləri MDB xalqları arasında ticarət-iqtisadi, mədəni və tarixi əlaqələri məhv etməyə cəhdlər edir.
"Qərbin sanksiyalar rejimin alətlərinin tətbiqi əslində MDB-də dövlətlərarası və daxili maliyyə axınlarına ümumi və uzunmüddətli nəzarətin qurulmasına yönəlib", - FTX direktoru bildirib.
Minskdə Ermənistan Müstəqil Dövlətlər Birliyinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 52-ci iclası keçirilir.
Xəbər lenti
0