Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukrayna ilə bağlı mövqeyimizi hörmətlə digər dövlətlərə çatdırırıq - Lavrov

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian FederationSerqey Lavrov və Ceyhun Bayramov
Serqey Lavrov və Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 31.05.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, bütün təmaslarımızda, bizə gələn qonaqlarla ünsiyyət zamanı Ukrayna mövzusu müzakirə olunur.
BAKI, 31 may — Sputnik. Rusiya Qərbdən fərqli olaraq Ukrayna ilə bağlı mövqeyini hörmətlə digər dövlətlərə çatdırır, hesab edir ki, onlar özləri nəticə çıxara bilirlər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mozambikdə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
"Həm burada, həm də səfər etdiyimiz digər ölkələrdəki bütün təmaslarımızda, bizə gələn qonaqlarla ünsiyyət zamanı Ukrayna mövzusu müzakirə olunur, biz öz qiymətləndirmələrimizi və yanaşmalarımızı bildiririk. Biz həmsöhbətlərimizin zehni qabiliyyətlərinə hörmətlə yanaşırıq. Hesab edirik ki, onlar özləri nəticə çıxara bilirlər, Qərb isə hamıya belə hörmət göstərmir", - deyə o bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Qərb ölkələri heç bir xüsusi yanaşma ortaya qoymurlar.
"Qərb gəlib deyir ki, Rusiya təcavüzkardır, səs verməlisiniz, bizim dediyimiz sanksiyalara qoşulun", - Lavrov əlavə edib.
Xəbər lenti
0